Yuxarı

Ürəyimin alt qatında nələr var, bilən yoxdur...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az şair Faiq Balabəylinin yeni şeirlərini təqdim edir.

Uzaq bir adada tək qalsan əgər
başının üstündə uçsa qağayı
ətrafı yosunlu çopur bir qaya
yorğun kürəyinin olsa dayağı
gözlərin dikilib lap uzaqlara
üzən bir gəminin xəyalın etsə
özünü, üzünü sürtüb qumlara
səndən uzaqlara xəyalın getsə,
hayına hay verən tapılmayınca
başının üstündə uçan qağayı
uçub uzaqlardan qayıtmayınca
bağışla məni...

Bağışla suları duzlu dənizə
qaya gövdəsində axşama qədər
yatan yarasaya bağışla məni...
dənizin üzünə qız saçlarıtək
dağılan yosuna bağışla məni
səni gözlərimdən iraq qoymayan
yaxına, uzağa bağışla məni…

Heca şeirinin sətirləritək

ard-arda üstünə gələn ləpələr

ayağının altdan qum dənəsini

özüylə götürüb gedən ləpələr

yaxana sığınan xəfif meh kimi

təzədən qayıdıb gəlirsə, bəs sən

nə üçün geriyə dönmürsən axı…

içimin, çölümün kinin-küdrətin

yumaq istəyirəm, sıx gözlərini

islat göz yaşınla - yağışla məni

bağışla məni…

***

Mənim geri dönməyim

başa düş, düzgün deyil

şair dediyin ölüb...

ta yorğun, üzgün deyil.

Buludlar da ağlamır,

eləcə su dağıdır

ətrafdakı gözəllik

mənə bir göz dağıdır.

Mənə tərəf boylanıb

boyunu uzat bir az...

Ölüm bir qədər yuxa

mən isə lap nataraz.

***

Nə deyim, sənə İlahi,

nə deyim ki, eşidəsən
əlimi nə qədər qaldırım ki,
əlimdən tuta biləsən...
Ürəyimin alt qatında nələr var
bilən yoxdu, -
üzümdəki təbəssümüm yanlış...
sənin, ürəyimin alt qatında gördüyünü

görə bilmirlər, ilahi...
Od tutan içimi göz yaşları

söndürə bilməz
sənin əlin dəyməsə mənə
ürəyimi kimsə
güldürə bilməz, ilahi...

Barmaqlarımın ucuna

dabanımı qaldırmışam
sənə əlim çatmır
səsimi qaldırmışam,

eşidirsənmi?...
Bir kimsə bilmədi

Gəldim uzaq bir səfərdən
Gəldim bir kimsə bilmədi
ürəyimdəki ağrıya
Güldüm, bir kimsə bilmədi.

Bağrım başı paramparça
De, kimdə var ağrı bunca
Gözlərimi yaş olunca
Sildim bir kimsə bilmədi.

Gözü qara bulaq üstə
De, sözünü varaq üstə
Səndən ötrü ayaq üstə
Öldüm bir kimsə bilmədi...

Tarix
2017.09.25 / 01:19
Müəllif
Kult.az
Digər xəbərlər

Həyatında ilk dəfə təyyarəyə mindi, onda da qəzaya düşdü

Qardaş Azərbaycanın yanındayıq - Hakan Fidan

Anladıq, yanlışlıqla vurublar: bəs, niyə enişə izn verməyiblər?

Rus ekspert: Şübhəsiz ki, təyyarəni Rusiya vurub!

Rusiya XİN təyyarə qəzası ilə bağlı bu xəbəri təkzib etdi

Təyyarə buna görə qəzaya uğrayıb - AZAL

AZAL-ın keçmiş prezidenti qəza haqda: Bunu gizlətmək olmazdı

Rusiya təyyarənin vurulduğu faktını necə gizlətmək istəyir?

Astroloq: Təyyarə qəzası ilə bədəl ödədik - Video

Nazarbayev İlham Əliyevə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla