Yuxarı

Qazaxıstanda ilk: Rəhimovun kitabı burada təqdim olundu - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 30-da Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Parlament binasında Azərbaycan Respublikasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimovun qazax dilinə tərcümə edilmiş “Cinayət və cəzanın fəlsəfəsi” kitabının təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, təqdimatda Qazaxıstan Respublikası Parlamentinin sədri, Parlament Senatının üzvləri, Azərbaycan və Rusiyanın bu ölkədə akkreditə olunmuş səfirləri, hüquq sahəsində tanınmış alimlər və rəsmi şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev tanınmış hüquqşunas-alim İlham Rəhimovu parlamentdə qarşılamağından məmnun olduğunu ifadə edib, keçirilən bu görüşün ölkələr arasında olan dostluq əlaqələrinə, eyni zamanda xalqlar arasında inteqrasiyaya, elm adamları arasında əməkdaşlığa öz töhvəsini verəcəyini qeyd edib.

O, həmçinin professor İlham Rəhimovun təqdim edilən əsərinin Qazaxıstan hüquqşünasları üçün faydalı olacağına əminliyini ifadə edərək bunun cinayət hüququ sahəsində qanun yaradıcılığı prosesinə də töhvə verəcəyinə inandığını bildirib.

Tədbirdə Qazaxıstan Parlament Senatının vitse-spikeri Bektas Beknazarov, senator Dulat Kustavletov, Qazaxıstan Hüquqşunasları İttifaqının sədri Serik Akilbayev, akademik Qarifolla Esimov, kitabın tərcüməçisi, Qazaxıstanın əməkdar hüquqşünası Esbergen Alauxanov, hüquq elmləri doktoru, professor Yuriy Qolik və digır şəxslər çıxış edərək kitabda bəhs edilən Cinayət və Cəza kimi məsələlərin bütün zamanlarda və bütün cəmiyyətlərdə insanları daima düşündürdüyünü və bu baxımdan qeyd edilən məsələlərin həm fəlsəfi, həm də praktiki baxımdan öyrənilməsinin əhəmiyyətini qeyd ediblər.

Tədbirdə çıxış edən professor İlham Rəhimov kitabda əsasən cinayət və caza probleminin fəlsəfi aspektinə toxunulduğunu qeyd edib. İ.Rəhimov qeyd edib ki, problemin məhz fəlsəfi mahiyyətini araşdırmadan cinayət qanunvericiliyi effektiv ola bilməz.

Kitab təqdimatı yekunlaşdıqdan sonra Qazaxıstan Ali Məhkəməsində professor İlham Rəhimovla görüş keçirilib.

Qazaxıstan Ali Məhkəməsinin sədri Jakip Asanov görüşdə çıxış edərək professor İlham Rəhimovu adının böyük hərflərlə yazılan əsil müəllim adlandıraraq onun əsərlərinin hər bir hüquqşunasın şəxsi inkişafı üçün əvəzedilməz mənbə olduğunu ifadə edib. J.Asanov qazax dilində çapdan çıxmış “Cinayət və cəzanın fəlsəfəsi” kitabı haqqında məlumat verərək müəllifin xarici ölkələrin məhkəmə praktikalarını dərindən araşdırdığını qeyd edərək, əsərin xüsusən Qazaxıstanda hakimlər üçün faydalı olacağını bildirib. Ali Məhkəmənin sədri professor İlham Rəhimova Qazaxıstan hüquqşünaslarına 200 kitab hədiyyə etdiyinə görə xüsusi minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Qazaxıstan Ali Məhkəməsinin üzvü Tolobey Kojan qeyd edib ki, hakimlər cəza verərəkən bir çox hallarda çətinliklərlə qarşılaşır. O, bu baxımdan cəza verilərkən hüquqi faktorlarla yanaşı, işin mənəvi-əxləqiliyi məsələsinə də xüsusi fikir verilməli olduğuna dair müəlliflə bütünlüklə razılaşdığını bildirib.

Ali Məhkəmənin sədri Jakip Asanov Qara dəniz və Xəzər dənizi Regionu Ölkələrinin Hüquqşunasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimova ölkəsində son illər hüquq sistemində aparılan islahatlar və bu sahədə tətbiq edilən texnoloji yeniliklərlə bağlı məlumat verib.

Sonda profesor İlham Rəhimova Qazaxıstan Ali Məhkəməsinin xüsusi hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, bu, Qazaxıstan tarixində Parlament binasında keçirilən ilk kitab təqdimatı olub.

Tarix
2018.12.01 / 11:09
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla