Yuxarı

Mehriban Zəki İtaliya Senatında oxudu – Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İtaliyadakı Səfirliyinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və İtaliyanın Sandro Teti Nəşriyyat Evinin birgə təşkilatçılığı ilə İtaliya Senatının Kitabxanasının “Capitolare” zalında “Azərbaycanın qadın şairlərinin şerləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” adlı şeirlər toplusunun təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Sando Teti Nəşriyyat Evinin birgə layihəsi olaraq İtaliyada dərc olunmuş, tərtibatçıları Günay Əfəndiyeva və Şəhla Nağıyeva olan bu kitaba 1200-1991-ci illərdə Azərbaycanın qadın şairlərinin şeirləri Azərbaycan və italyan dillərində daxil edilib.

Tədbiri giriş sözü ilə açan İtaliya parlamentində fəaliyyət göstərən İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri deputat Rosanna Boldi Azərbaycanın zəngin mədəniyyəti, o cümlədən ədəbiyyatı barədə, eləcə də təqdim olunan kitabın Azərbaycan ədəbiyyatına qadın şairlərin verdiyi töhfələri müşahidə etmək üçün əhəmiyyətindən danışıb. Azərbaycana çoxsaylı səfərləri vaxtı ölkəmizdə qadınların cəmiyyətidəki önəmli rolunun şahidi olduğunu deyən italyan parlamentar təqdim olunan kitabın bunun bariz nümunəsi olduğunu bildirib.

Ardınca çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycan mədəniyyətinin İtaliyada daha yaxından tanıdılmasına xidmət edən bu tədbirin İtaliya Senatının Kitabxanasında təşkilinin əhəmiyyətini vurğulayıb, bu xüsusda Senatın rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycan və İtaliya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakterinə malik olduğunu, cari il ərzində İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın, İtaliya Senatının sədri Maria Elsabetta Kasellatinin Azərbaycana, ölkəmizin Birinici vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərlərinin iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun mövcudluğunun bariz nümunəsi olduğunu bildirib. Bu kimi mədəni tədbirlərin təşkilinin iki ölkənin xalqlarının bir-birinə daha da yaxınlaşdırılması nöqteyi-nəzərdən əhəmiyyətini bildirən M.Əhmədzadə hazırkı tədbirin Azərbaycan qadının milli ədəbiyyatımızla yanaşı, cəmiyyətimizdəki rolunun da göstərilməsi nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb, bu günki Azərbaycan qadının ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatının fəal qüvvəsi olmasından danışıb.

Sonra çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dunyasının ayrılmaz parçası olan Azərbaycan ədəbiyyatının, incəsənətinin, maddi ve mədəni irsinin zənginliyindən soz açıb, Azərbaycanda bu dəyərlərə böyük həssaslıqla yanaşıldığını və mədəniyyətin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib.

Son olaraq çıxış edən Sandro Teti Nəşriyyat Evinin rəhbəri Sandro Teti rəhbərlik etdiyi nəşriyyat tərəfindən dərc olunmuş Azərbaycan haqqında kitablar, o cümlədən azərbaycanlı müəlliflərin italyan dilinə tərcümə edilmiş əsərləri barədə danışıb.

Çıxışlardan sonra tədbirin bədii hissəsi çərçivəsində ilk olaraq ssenari müəllifi Ülviyyə Heydərova, rejissoru isə Zəhra Quliyeva olan “Azərbaycan poeziyasında qadın ruhu” adlı sənədli film nümayiş etdirilib. Ardınca Azərbaycan xalq artisti Mehriban Zəkinin ifasında kitabdakı bir sıra şeirlər bədii-musiqili kompozisya formasında təqdim olunub.

Təqdimat mərasimində Cəmilə Həşimovanın kitabda əks olunan illüstrasiyalarından ibarət sərgi də nümayiş olunub.

İtaliyanın müxtəlif dövlət qurumlarının, o cümlədən parlamentinin, elmi-akademik, mədəniyyət dairələrinin, kütləvi informasiya vasitələrinin, ölkədəki diplomatik korpusun nümayəndələrinin qatıldığı tədbir iştirakçıların böyük marağına səbəb olub, kitab, eləcə də nümayiş olunan film, bədii-musiqili kompozisiya və sərgi ilə bağlı çoxsaylı müsbət rəylər səsləndirilib.

Qeyd olunmalıdır ki, “Azərbaycanın qadın şairlərinin şerləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” adlı şerlər toplusu İtaliyada son illərdə Azərbaycanla bağlı dərc olunmuş bir sıra kitablarla birgə bu günlərdə Romanın “La Nuvola” mədəni mərkəzində keçirilən İtaliyanın ən böyük nəşriyyat sərgilərindən olan "Daha çox kitab, daha çox azadıq" kitab yarmarkası çərçivəsində də təqdim olunub.

Tarix
2018.12.13 / 22:56
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla