Yuxarı

14 qırğız yazar Bakıya gəlir

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
14 qırğız yazar Bakıya gəlir

Qırğız Milli Yazıçılar Birliyinin (QMYB) başqanı Nurlan Kalıbekovun başçılıq Qırğıztan nümayəndə heyəti 21 iyulda Bakıya gələcək.

Kult.az xəbər verir ki, qardaş ölkənin istedadlı yeni nəsil yazarlarının daxil olduğu heyət Dünya Gənc Türk Yazarlar Birliyi mənsublarının müşayiəti ilə Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edəcək, muzeylərə baş çəkəcək, şəhərin görməli yerləri ilə tanış olacaq.

Beynəlxalq Mətbuat Mərkəzində “Üç əsrin qəzeti” fəxri ünvanını daşıyan tarixi “Kaspi” qəzetinin kollektivi ilə Azərbaycan Milli Mətbuat Günündə görüşəcək (22 iyul, saat 11.00) qardaş ölkə yazarları azərbaycanlı həmkarları ilə “Azərbaycan-Qırğız ədəbi əlaqələri: dünən, bugün, sabah” mövzusunda fikir mübadiləsi aparacaq.

“Gənc Qırğız şeiri antologiyası”nın təqdimatı 23 iyulda (saat 15.00) millət və¬killərinin, türkoloqların, şair və yazıçıların, QHT və KİV təmsilçilərinin iştirakı ilə Atatürk Mərkəzində baş tutacaq.

Qırğız yazarlarının Bakıya səfəri 25 iyula başa çatacaq.

“Gənc Qırğız şeiri antologiyası”nın bu ilin sentyabr ayında Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucovun, Qırğız Respublikası Mədəniyyət, İnfor¬masiya və Turizm naziri Azamat Jamankulovun, Qırğız ədəbi, elmi ictimaiyyətinin iştirakı ilə Bişkekdə də təqdimatı nəzərdə tutulub.

Xatırladaq ki, “Gənc Qırğız şeiri antologiyası”nda müstəqillik dövrü qırğız poeziyasının 35 gənc nümayəndəsinin şeirləri toplanıb.

Tarix
2019.07.17 / 23:34
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla