Yuxarı

“Festivallar festival”nın iştirakçıları ADU-ya gəldi – Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Festivallar festival”nın iştirakçıları ADU-ya gəldi – Foto

Oktyabrın 2-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalında qonaq olan Avrasiya ölkələrinin yazıçı-şairləri, dramaturqları və ədəbiyyat tənqidçiləri ilə görüşüb.

Kult.az xəbər verir ki, görüşdə Polşadan Polşa Yazıçılar Assosiyasının prezidenti Kşiştov Şatravski, Yunanıstandan Beynəlxalq Poeziya Festivalının rəhbəri Coukis Kristos, Çexiyadan İndiana Universitetinin professoru Bronislava Volkova, İspaniyadan pedaqoq, dilçi Raquel Lanseros, Hindistandan Çarlz Uolles Fondunun təqaüdçüsü Mamta Sagar, Uruqvaydan Latın Amerikası şairi Eduardo Espina, Rusiya Federasiyasından Boris Yevseyev, Lüdmila Viazmitinova, Andrey Sukanov, İrina Makarova iştirak edib.

ADU-nun rektoru Kamal Abdulla qonaqları salamlayaraq, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. O, qonaqların ADU-da tələbələrlə görüşməyi seçdiklərini deyərək, bunun üçün təşəkkür edib. Qonaqların nüfuzlu şəxslər olduğunu bildirən ADU rektoru rus yazıçısı Boris Yevseyevin də həmin tərkibdə olduğunu diqqətə çatdırıb. O, B.Yevseyevin yalnız Rusiyada deyil, dünya üzrə tanınmış yazıçı, həmçinin Bunin mükafatı laureatı, Jurnalistika və bədii yaradıcılıq Universitetinin professoru, Rusiyanın PEN mərkəzinin vitse-prezidenti olduğunu vurğulayıb. Kamal Abdulla B.Yevseyevə yazıçılarla görüşün təşkil edilməsinə görə təşəkkürünü bildirib.

Yazıçı Boris Yevseyev və digər qonaqlar universitetdə səmimi qəbula görə təşəkkür ediblər. Azərbaycan haqqında müsbət fikirlər səsləndirən qonaqlar festivalın keçirilməsini yüksək qiymətləndiriblər. Festivaldakı mövzuların əhəmiyyətindən danışan iştirakçılar Azərbaycan və dünya ədəbiyyatı haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, “Avrasiya Xalqları Assambleyası” beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının “LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur. Genişmiqyaslı maarifçilik layihəsi olan “LiFFt” Avrasiya mədəni məkanının tamhüquqlu tərkib hissəsinə çevrilib. Avrasiya ədəbi festivallarını birləşdirən “LiFFt” 2016-cı ildən etibarən hər il keçirilir. Builki festival 2019-cu ilin BMT tərəfindən elan edilmiş yerli xalqların dilləri ili proqramına və böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib. Festivalın məqsədi Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmlətmək, vahid Avrasiya ədəbi məkanı yaratmaqdır.

Tarix
2019.10.02 / 23:29
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla