Yuxarı

Musaoğlu “Sabah həmişə var”da inad etdi...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Musaoğlu “Sabah həmişə var”da inad etdi...

5 mart tarixində keçiriləcək “Sabah həmişə var” adlı ilk kitabımın təqdimat mərasimini koronavirusa görə təxirə salmağı düşünmürəm. Tədbirləri təxirə salan insanların məntiqi ilə düşünsək, gərək sandığın içinə girib, çölə çıxmayaq.

Bu sözləri Kult.az-a Jurnalist Ekspert Mərkəzinin (JEM) sədri Ceyhun Musaoğlu 5 mart tarixində ilk kitabının Monte Kristo restoranında keçiriləcək təqdimat mərasimi ilə bağlı danışarkən deyib.

C.Musaoğlu deyib ki, Azərbaycanda sərhəddən keçən cəmi iki nəfərdə bu virusla bağlı şübhələr olub və onlar karantinə götürülüb:

“Bizim ölkədə belə viruslar heç vaxt at oynada bilməyib. Hər il bir adda virus peyda olur. Kim təsdiqləyə bilər ki, hansısa belə qondarma virusdan kiminsə yaxını, qohumu dünyasını dəyişib? Bütün bu viruslar sadəcə informasiya hücumudur. Tədbirləri təxirə salan insanların məntiq ilə düşünsək, gərək sandığın içinə girib, çölə çıxmayaq. Necə ki, ötən illərdə müxtəlif adda viruslar olmuşdu, gələn illərdə də belə viruslar olacaq. Həyatsa davam edir. Biz xəstəliklər barədə düşündükcə xəstəlik tapırıq. Bu məntiq elmi cəhətdən tam sübut olunub. Haqqında danışılan virus bizim ölkənin daxilində yoxdur, o hava yolu ilə keçmir, xaricdən gələn hər bir insan da xüsusi qaydada yoxlanılır”.

Xatırladaq ki, koronavirus təhlükəsi ilə əlaqədar bağça, məktəb və universitetlərdə 10 marta qədər tətil elan edilib, xalq artisti Röya 6-7-8 aprel tarixlərindəki, “Bu şəhərdə” isə bu gündən 8 marta qədər nəzərdə tutulan konsertlərini təxirə salıb.

Tarix
2020.03.04 / 14:41
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla