Yuxarı

Görkəmli aşığın irsi təqdim olunacaq – İlk dəfə

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Görkəmli aşığın irsi təqdim olunacaq – İlk dəfə

Sabah - martın 5-i saat 15:00-da Atatürk Mərkəzində şair-folklorşünas İlham Qəhrəmanın Aşıq Alının yaradıcılığından toplayıb tərtib etdiyi “Nə qaldı” kitabının təqdimat mərasimi keçiriləcək.

Kult.az xəbər verir ki, kitabda görkəmli el sənətkarı Aşıq Alının fərqli mənbələrdən götürülmüş, aşıq ədəbiyyatının ən müxtəlif janrlarında olan şeirləri toplanıb. Əldə olan mətnlərə tənqidi yanaşan tərtibatçı çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara aydınlıq gətirib, cinasları yenidən qurub şərh edib.

Bu kitabla Aşıq Alı irsi ilk dəfədir ki, oxuculara tam şəkildə çatdırılır. Kitab folklorşünaslar, aspirantlar, tələbələr, orta məktəblərin ədəbiyyat müəllimləri, aşıq şeiri həvəskarları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın redaktoru Əsəd Cahangir, rəyçisi Məhərrəm Qasımlıdır. 400 səhifəlik kitab İlham Qəhrəmanın şəxsi vəsaiti ilə çap olunb.

Tarix
2020.03.04 / 15:02
Müəllif
Kult.az
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla