Yuxarı

İstanbulda naşirlər görüşü - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda naşirlər görüşü - Foto

Xəbər verdiyimiz kimi, ölkəmizin elm adamları və naşirlərindən ibarət nümayəndə heyəti VI İstanbul Beynəlxalq Naşirlər Görüşündə iştirak edir.

Kult.az xəbər verir ki, martın 9-da işə başlayan tədbirin ikinci günündə nümayəndə heyətimizin işgüzar görüşləri keçirilib, əməkdaşlıq əlaqələrinin qurulması və Azərbaycan kitabının tanıdılması işinə töhfə olacaq razılaşmalar əldə edilib.

Görüş çərçivəsində "Azərbaycan ədəbiyyatı və Nizami Gəncəvi" mövzusunda elmi seminar təşkil olunub. Bakı Yunus Emrə İnstitutunun direktoru Selçuk Karakılıçın moderatoru olduğu tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov və yazıçı Azad Ağaoğlu dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı ilə bağlı aparılan tədqiqat işləri, nəşr olunan kitablar, həmçinin Azərbaycan klassik və müasir dövr romanları haqqında məlumat veriblər.

Ölkəmizlə bağlı daha bir tədbir Azərbaycan Yazıçılar Birliyinin katibi, zalq yazıçısı Çingiz Abdullayevin iştirakı ilə gerçəkləşib. Türkiyənin "April" nəşriyyatının əməkdaşı Nazlı Berivan Ağ yazıçının türk dilində nəşr olunan kitabları haqqında tədbir iştirakçılarına məlumat verib. Çingiz Abdullayev öz yaradıcılığı və Azərbaycan-Türkiyə ədəbi əlaqələri barədə sualları cavablandırıb.

Beynəlxalq tədbir çərçivəsində həmçinin Bakı Yunus Emrə İnstitutunun əməkdaşı Nuranə Tağıyevanın moderatorluğu ilə onlayn formatda tanınmış gənc yazarlarımız Aqşin Yenisey, Ramil Əhməd və türk ədəbiyyatı üzrə tədqiqatçı Mehdi Gəncəlinin iştirakı ilə müasir Azərbaycan ədəbiyyatına dair videokonfrans təşkil olunub.

Azərbaycanın fəxri qonaq ölkə kimi qatıldığı VI İstanbul Beynəlxalq Naşirlər Görüşü martın 11-də başa çatıb.

Tarix
2021.03.11 / 19:42
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla