Yuxarı

"Dədə Qorqud” jurnalı “Index Copernicus”a daxil oldu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Dədə Qorqud” jurnalı “Index Copernicus”a daxil oldu

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun elmi məqalələr toplusu olan “Dədə Qorqud” jurnalı beynəlxalq “Index Copernicus” sisteminə daxil olub.

Kult.az xəbər verir ki, bu barədə AMEA Folklor İnstitutu Feysbuk hesabında qeyd edib.

Jurnalda folklor nəzəriyyəsi, folklorun janr sistemi və poetikası, folklor və yazılı ədəbiyyat, dünya xalqlarının folkloru, Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi məsələləri yer alır.

Son illər ölkəmizin hüdudlarından kənarda Avropada və Orta Asiyada da jurnal böyük marağa səbəb olub. Belə ki, “Dədə Qorqud” jurnalında Orta Asiya respublikaları, eləcə də İran, Rusiya (Sankt-Peterburq və Dağıstan), Türkiyə, Estoniya və s. ölkələrdən də məqalələr öz əksini tapıb. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan elmi nəşrlər sırasındadır.

Qeyd edək ki, "Dədə Qorqud" jurnalı Azərbaycan, rus, ingilis və türk dillərində akademik səviyyədə araşdırılan və elmi heyət tərəfindən müsbət qiymətləndirilən original məqalələrin nəşrini həyata keçirir.

2001-ci ilin aprel ayından ildə dörd buraxılışı nəşr edilən jurnalın bu günə kimi 71 sayı işıq üzü görüb.

Tarix
2021.03.25 / 01:46
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla