Yuxarı

Millət vəkilinin “Tovuz şəhidləri” kitabı təqdim edildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın “Tovuz şəhidləri (44 günlük Vətən Müharibəsi)” kitabının onlayn təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, təqdimat Tovuz rayon İcra Hakimiyyəti, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “Nəfəs” İB-nin birgə təşkilatçılığı, ADPU Quba filialının texniki dəstəyi ilə baş tutub.

Onlayn təqdimatın aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı kitabın çıxmasının və ilk təqdimatının 27 sentyabr ərəfəsində keçirilməsinin çox anlamlı olduğunu deyib: “27 sentyabr şəhidlərimizi anma günümüzdür. Vətən uğrunda əziz canından keçmiş şəhidlərimizin qızıl ləyaqəti, yaradıcı insanların, o cümlədən millət vəkilimizin onların həyat və döyüş yoluna çoxsaylı müraciəti xüsusi dəyər kəsb edir. Şəhidlərimizə rəhmət, Ordumuza güc-qüvvət, bayrağımıza əbədi ucalıq diləyirəm”.

Qənirə Paşayeva qəhrəman şəhidlərimizin döyüş yolunun hər bir azərbaycanlı və bütün azərbaycansevərlər üçün əziz olduğunu bildirib:

“Qürurla vurğulamaq istərdim ki, 44 günlük Vətən Müharibəsində döyüşlərə atılan gənclərimizin bir çoxu öncəki döyüşlərdə qəhrəmanlıqlar göstərmiş şəhidlərimizi örnək alıb, Mübariz İbrahimovun, Murad Mirzəyevin, Raquf Orucovun, Polad Həşimovun, başqa şəhidlərimizin şərəfli döyüş yolunu, qəhrəmanlığını davam etdirmək üçün irəli gedib və zəfər qazanıblar.
Biz də özümüzə borc bildik ki, Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman eloğlularımızın haqqında xatirələrin, məlumatların toplandığı bir kitabla çıxış edək. Artıq ayrı-ayrı rayonlarımız, ayrı-ayrı qurum-quruluşlar üzrə belə müvafiq kitabların hazırlandığını eşitməkdəyik. "Respublika Xatirə Kitabı"nın 44 günlük müharibədə şəhid olmuş qardaşlarımızla bağlı xüsusi buraxılışının hazırlandığını da bilirik.

Ayrı-ayrı evlərdə, kəndlərdə, şəhərlərdə böyümüş, fərqli yaşda olan, fərqli təhsil və maraq dairəsinə malik qardaşlarımız vahid amal, vahid məqsəd uğrunda canlarını qurban vermişlər. Hərbçilərimizin, gənclərimizin yüksək vətəndaşlıq ruhu, Vətənə bağlılığı bir dəyərdir, meyardır.

Bugünkü təqdimatda iştirak edən bütün ziyalılarımıza, dövlət və ictimai qurumlarımızın rəhbərlərinə, həmkarlarıma təşəkkür edirəm. Burada qəhrəman şəhidlərimizin ailə üzvlərinin iştirakı bizimçün xüsusilə əzizdir.

Müzəffər Ordumuzun Ali Baş Komandanın mükəmməl rəhbərliyi ilə əldə etdiyi şanlı qələbə dövlət-xalq birliyinin, gənclərimizin vətəncanlılığının parlaq təsdiqidir.

Mən kitabın kütləvi tirajla nəşr edilməsinə dəstək vermiş dəyərli işadamlarımıza – Məhayət müəllimə, Şakir müəllimə, Nurəddin müəl­limə, kitabın redaktorları Əkbər Qoşalı, İbrahim İlyaslı, Gülnar Səma Qasımlıya könül dolusu təşəkkür edirəm. Ümumən bu işdə əməyi keçən hər kəsi alqışlayıram.

Əlbəttə, ən böyük təşəkkürlərimiz qəhrəman şəhidlərimizə, onların ailə üzvlərinədir. Var olun!”

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov təqdimatı keçirilən kitabı şəhidlərimizin ruhuna dərin ehtiramın ifadəsi kimi xarakterizə edib.

Millət vəkilləri Arzu Nağıyev, Aydın Hüseynov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovun atası Aydın Həsənov, “Qarabağ” ordenli şəhid Mehman Yusifovun xanımı Günel Yusifova, kitabın kütləvi tirajla nəşrinə dəstək durmuş tanınmış işadamı Məhayət Nəbiyev, “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva, “Regional və Hüquqi Maarif­lən­dir­mə” İB sədri Arzu Bağırova, Tovuz rayon SHXÇDX rəisi, polkovnik-leytenant Ceyhun Əliyev, “Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB sədri Emin Həsənli, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Vahid Abdurrahmanov onlayn-təqdimatda çıxış edib.

Çıxışlarda şəhidlərimizin həyat və döyüş yolunun, ümumən Azərbaycanın mübarizə və qəhrəmanlıq tarixinin gənc nəslə öyrədilməsi üçün bu cür nəşrlərin, təqdimatların önəmi vurğulanıb.

Tarix
2021.09.25 / 18:43
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla