Yuxarı

Sabir Rüstəmxanlı şagirdlərlə görüşdü

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabir Rüstəmxanlı şagirdlərlə görüşdü

Bakının Sabunçu rayonunun 28 nömrəli tam orta məktəbin şagirdləri və müəllimləri xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş keçiriblər.

Kult.az xəbər verir ki, məktəbin direktoru Qənirə Əmircanova 3 il əvvəl Prezident İlham Əliyev tərəfindən açılışı olan bu məktəbdə ölkənin tanınmış adamları, ziyalıları ilə görüşlərin ənənə halını aldığını deyib:

“İstəyirəm şagirdlərimiz S.Rüstəmxanlı kimi dəyərli ziyalılarımızı, dövlət xadimlərimizi canlı görsünlər, onlarla ünsiyyət qursunlar”.

Xalq şairinin yaradıcılığından, gördüyü işlərdən geniş bəhs edən direktor vurğulayıb ki, S.Rüstəmxanlının əsərləri vətənpərvərlik hissinin aşılanması, milli ruhun yüksəldilməsi baxımından əvəzsiz xəzinədir.

Daha sonra şagirdlər S.Rüstəmxanlının şeirlərini səsləndiriblər. Vətən müharibəsi zamanı az qala dillər əzbərinə çevrilmiş “Millətəm” mahnısını ifa ediblər. Daha sonra isə S.Rüstəmxanlının yazdığı ssenari əsasında çəkilmiş “Cavad xan” filmindən bir hissə təqdim olunub. Həmin hissə şagirdlər tərəfindən səhnələşdirilib.

Sonda S.Rüstəmxanlı çıxış edərək, şagirdlərə maraqlı məsləhətlər verib, öz təcrübəsini bölüşüb.

Xalq şairi şagirdlərə tövsiyə edib ki, yaradılmış belə gözəl şəraitdən öz təhsillərini artırmaq, daha çox bilik əldə etmək, gələcəkdə ölkə, dünya üçün vacib şəxsiyyətə çevrilməkdə istifadə etsinlər.

Tarix
2022.05.26 / 18:23
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla