Yuxarı

Pamuk: “63 il əvvəl İstanbul...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pamuk: “63 il əvvəl İstanbul...”

Nobel mükafatlı türk yazar Orxan Pamuk Amerikada satışa çıxarılan "Başımda bir qəribəlik" adlı romanının təqdimatı mərasimində Los Ancelesdə oxucuları ilə görüşüb.

Axar.az türk mətbuatına istinadən xəbər verir ki, təqdimatdan sonra yazıçı "Los Anceles Tayms"ın tənqidçisi David L.Ulinə müsahibə verib. Pamuk müsahibəsində əsər yazmağın yalnız bir mərhələdən ibarət olmadığını, bəzən eyni hadisəni təkrar-təkrar yazaraq gözlənilməz və maraqlı detallarla oxucusunu həyəcanlandırdığını deyib.

O, "İstanbul yazarı" ifadəsinə isə belə münasibət bildirib: "Digər yazıçılar üçün olduğu kimi mənim üçün də əsas insan faktorudur. Beynəlxalq miqyasda tanınandan sonra "İstanbul yazıçısı" kimi xatırlanmağa başladım. İstanbul 63 il əvvəl, mən doğulanda 1 milyon əhalisi olan bir şəhər idi, mən yazmağa başlayanda əhalisi 3 milyon oldu, indi isə 15-16 milyondur. Və mən şanslıyam ki, bu prosesə şəxsən şahidlik etmişəm".

Pamuk söhbətin sonunda oxucuların suallarını cavablandıraraq kitablarını imzalayıb.

Tarix
2015.10.30 / 21:03
Müəllif
Nigar An
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla