Yuxarı

“Pakistan-Azərbaycan” kitabı ADU-da təqdim edildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Pakistan-Azərbaycan” kitabı ADU-da təqdim edildi

Martın 9-da Azərbaycan Dillər Universitetində Pakistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə nəşr olunmuş "Pakistan-Azərbaycan" kitabının təqdimatı keçirilib.

Bu barədə ADU-dan Kult.az-a verilən məlumatda bildirilib.

Məlumata görə, ADU-nun rektoru, akademik Kamal Abdulla universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib. Universitetdə 20-dən çox ölkənin dil və mədəniyyət mərkəzinin uğurlu işindən danışan Kamal Abdulla qeyd edib ki, Vətən müharibəsində Pakistanın Azərbaycana olan mənəvi dəstəyi bizim üçün çox əhəmiyyətlidir:

“Bu gün tarixi bir hadisənin şahidi oluruq. “Pakistan-Azərbaycan” münasibətlərini özündə əks etdirən kitabın təqdimatıdır. Bu təqdimat dostluğun, qardaşlığın simvoludur. Biz bu dostluğu və qardaşlığı hər zaman hiss etmişik. Zəfər savaşında da dostluğumuz və qardaşlığımız özünü ən yüksək səviyyədə göstərdi. Azərbaycan bayraqları ilə yanaşı şəhərimizdə Pakistan bayraqlarını da görmək olurdu. İndi də bu bayraq hər birimizin qəlbində dalğalanır”.

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını bildirib. Qeyd olunub ki, “Pakistan-Azərbaycan” kitabı iki dost ölkənin münasibətlərinin inkişafına öz töhfəsini vermiş olacaq. Kitabda ölkələr arasındakı diplomatik, siyasi, iqtisadi, hərbi sahələrdə baş tutmuş görüşlərin və əlaqələr tarixi fotolarla əks olunub.

Daha sonra ADU-nun Pakistan Dil və Mədəniyyət Mərkəzində tələbələrlə görüş keçirilib.

Tarix
2023.03.10 / 11:15
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla