Yuxarı

"Teymurləngin tamğası" kitabının təqdimatı keçirildi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Teymurləngin tamğası" kitabının təqdimatı keçirildi - Foto

May ayının 30-u Bakı Kitab Mərkəzində "Teymurləngin tamğası" adlı kitabın təqdimatı olub.

Kult.az xəbər verir ki, Emil Məcidovun müəllifi olduğu kitab Moskvanın Yauza nəşriyyatında işıq üzü görüb.

Oxucu 20-ci əsrin əvvəllərinə, Rusiya imperiyasının mövcud olduğu son illərə geri dönür, onun cənubuna, yerli camaatın inadkarlıqla öz qədim adı ilə Gəncə kimi səsləndirdiyi Yelizavetpol şəhər quberniyasına səyahət etmiş olur. Əsərin baş qəhrəmanı, imperiya təzyiqindən qaçaq düşən, şəhərin köhnə sakinlərindən olan Həsən işğalların, inqilabların cərəyan etdiyi dövrdə öz doğma yurd-yuvasına qayıtmağın, parçalanmaqda olan imperiyanın yerində milli Qafqaz dövlətlərinin qurulması yollarını düşünür. Həsən sadəcə evinə qayıtmaq istəyir. Lakin, tale başqa yolu seçir.

Sərgüzəşt ədəbiyyatına maraqlı töhfə olan əsər oxunaqlı dildə yazılmaqla yanaşı, həm də tarixi əhəmiyyətli məsələləri yenidən gündəmə gətirir. Müəllif debüt əsərində Azərbaycan xalqının müstəqillik uğrunda keşməkeşli mübarizəsi, evi, vətəni, azadlığı uğrunda canlarını qurban verən, müxtəlif inanclı, fərqli təbəqəni təmsil edən cəsur qəhrəmanları bir araya gətirir. Burada yazıçı güclü genetik bağlılığa işarə edərək, Azərbaycanın tarixi torpaqlarının heç bir imperiya, işğalçı qüvvələr tərəfindən parçalanmasının mümkün olmadığını təsvir edir.

Rus dilində nəşr olunan kitabı 2023-cü ilin iyun ayından etibarən Bakı, Moskva və Sankt-Peterburqda çoxsaylı mağazalarda, eləcə də onlayn mağazalarda əldə etmək mümkün olacaq.

Tarix
2023.05.31 / 15:22
Müəllif
Kult.az
Digər xəbərlər

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla