Yuxarı

“İbrahimbəyovun kərgədan buynuzu...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İbrahimbəyovun kərgədan buynuzu...”

Axar.az-ın "Bir abzas" layihəsində hər hansı ədəbiyyat adamı haqda həmkarlarının fikirlərini təqdim edəcəyik. Layihənin növbəti qonağı xalq yazıçısı Maqsud İbrahimbəyovdur.

Yazıçı Yalçın İslamzadə həmkarı Maqsud İbrahimbəyovun yaradıcılığı haqda bir abzaslıq fikrini bölüşür:

"Maqsud İbrahimbəyovun əsərlərindən daha çox "Kərgədan buynuzu"nu xatırlayıram. Alim qayınatasından kərgədan buynuzu istifadə olunaraq hazırlanan türkəçarənin insanı gənc saxladığını eşidən və əslində, ölümdən qorxan birinin başına gələnlər haqqında komik, hətta satirik bir uzun hekayə idi. Gənc qalma arzusu bizim yazıçılar tərəfindən çox işlənməyib, görünür, qocalıq institutunun mötəbərliyinə görə qocalıqdan daha çox yazıblar, qocalıq isə ölümə yaxın olduğu üçün ölüm əbəbiyyatımızda geniş işlənmiş mövzudur. Ancaq mövzunu daha çox mistifikasiya ediblər, magik elementlərlə zənginləşdiriblər, nəticədə ölüm bir çox əsərdə təbii proses olmaqdan çıxıb, Əzraillə sonu məğlubiyyət olan mübarizə kimi işlənib. İbrahimbəyovun əsərində ölüm mövzusu fərqli işlənmişdi. İndiki zamanda bəlkə də əsər çox komik görünməz, çünki hazırkı dövrdə belə kərgədan buynuzu tipli xurafatlar xortlayıb və komik olmaqdan çıxıb, olduqca ciddiyə alınmağa başlayıb".

Tarix
2016.02.24 / 08:45
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

FTB direktoru erməni əsilli müğənni ilə nişanlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla