Yuxarı

“Qəmlonu arvadlar yaba ilə öldürüblər...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qəmlonu arvadlar yaba ilə öldürüblər...”

Atam bir müddət, haradasa, il yarım anamdan ayrılıb, başqa qadınla yaşayıb, sonra geri qayıdıb. Bu mənim uşaqlıq yaddaşımda travma kimi qalıb. Anam təbii ki, incimişdi. Amma atam qayıdanda heç bir problem yaratmadı, bağışladı onu. Qəlbində nə vardısa da, bildirmirdi. Anam onu çox sevib.

Axar.az xəbər verir ki, bu sözləri görkəmli yazıçı Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə "Kulis"ə müsahibəsində deyib. Yeganə Kərimzadə atasının dəfələrlə təzyiqlərə məruz qaldığını bildirib:

"Bir dəfə bibimgilə getmişdim, bir kişi gəldi ki, o uşaqları niyə bura göndərirlər, indi atalarının heyfini uşaqlarından alaq? Çox qorxdum. Sən demə, Qəmlonun qohumlarından imiş. Deyirdilər, başına pul da qoyublar. Öldürmək istəyirdilər bir ara. Guya Qəmlonu qəsdən mənfi qələmə verib. Atam heç nəyi yalan yazmayıb. Qəmlo həqiqətən elə adam olub. Nənəmdən də eşitmişəm. Qəmlonu qadınlar yabayla öldürüblər. Kişilər güllə vurub, görüblər ölmür, özünü samanlığa vurur, qadınlar yabayla düşüblər üstünə. Amma erməniyə qarşı döyüşüb. Bizim babamızla bir yerdə vuruşub. Mərdlikləri də varmış".

Yeganə Kərimzadə atasının ölümündə şübhəli məqamlar olduğundan da söz açıb:

"Atam sap-sağlam adam idi. Məncə, onu KQB öldürdü. Bildiyiniz kimi, son hadisələrdə çox fəal idi. Nəsə yardım komitəsi yaratmışdılar. Anama da demişdi ki, məni izləyirlər, tutulsam, bilin ki, bunlar edib. Hətta bir dəfə çağırıb nəsə təklif də eləmişdilər, təbii ki, qəbul etməmişdi. O, azad adam idi. Bu hadisələrlə bağlı Moskvaya getmişdi, oradan gəldi, heç evə dəymədən Tərtərə yollandı. O vaxt adamlar köçürülürdü Ermənistandan. Kəlbəcərə gedib, sonra bir də Tərtərə qayıdıb. Orada iflic vurmuşdu. Amma mən buna inanmıram. Daha doğrusu, içimdə ciddi şübhələr var".

Tarix
2016.03.15 / 12:01
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla