Yuxarı

Əliyev "9 nəvəm var" dedi, Tramp hamısına hədiyyə ayırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev "9 nəvəm var" dedi, Tramp hamısına hədiyyə ayırdı

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ağ Evin rəmzi açarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib.

Axar.az xəbər verir ki, bu, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladıqdan sonra söhbət əsnasında baş verib.

Prezident Donald Tramp: Mənim Sizin üçün hədiyyəm var. İcazə verin, onu təqdim edim. Zənnimcə, bəyənəcəksiniz.

Prezident İlham Əliyev: Mənim 9 nəvəm var, icazə versəniz, hamısını götürərdim.

Prezident Donald Tramp: Sizin 9 nəvəniz var? Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız. Bu sikkələr hamının xoşuna gəlir. Dünyanın ən gözəl sikkəsidir. Bəlkə də dünyanın ən bahalı sikkəsidir. Heyət üzvləri yaxınlaşın və şəkilinizi də çəksinlər.

Sonda Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edən Prezident Donald Tramp dedi: Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm.

Tarix
2025.08.09 / 07:07
Müəllif
Axar.az
Digər xəbərlər

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla