Yuxarı

ABŞ və Azərbaycan memorandum imzaladı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ və Azərbaycan memorandum imzaladı - Video

2025.08.08, 23:55

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar.

Axar.az xəbər verir ki, sonra dövlət başçıları söhbət etdilər.

Prezident İlham Əliyev: 33 il davam edən sanksiyaların sonu. Prezident Trampın sayəsində mümkün oldu.

Prezident Donald Tramp: Xalqınız böyük xalqdır. Bizim şəxsi tanışlığımızdan əvvəl belə Siz mənim haqqımda gözəl sözlər söylədiniz. Hətta bizim seçkilərdə qalib gəlməyimizdən əvvəl.

Prezident İlham Əliyev: Bəli, Sizin qalib olmağınızdan əvvəl. Bu, mənim səmimi sözlərim idi. Siz ilk prezidentlik dövrünüzdə gördüyünüz işlərə görə Azərbaycan xalqının və beynəlxalq ictimaiyyətin rəğbətinə layiqsiniz. Son bir neçə ay ərzində Siz Asiya, Afrika və nəhayət, Cənubi Qafqaza sülh gətirdiniz. İnanılmazdır.

Prezident Donald Tramp: Pakistan və Hindistan arasında qarşıdurma. Bu, ciddi məsələ idi, çünki hər ikisi nüvə silahına malik ölkədir.

Prezident İlham Əliyev: Kambodca və Tailand.

Prezident Donald Tramp: Bəli, böyük işlər gördük. Siz də həmin işləri görərdiniz. Sizin münaqişə də ciddi məsələdir, nə qədər sürdü döyüşlər – 33, 35 il?

Prezident İlham Əliyev: Bəli, münaqişə 1988-ci ildə başlayıb. Lakin hərbi qarşıdurmanın fəal fazası 1991-1992-ci illərdə başlayıb.

Prezident Donald Tramp: Lakin münaqişə həll edilmirdi.

Prezident İlham Əliyev: Xeyr. Müharibə 1994-cü ildə dayandı və sonsuz, mahiyyətdən məhrum olan danışıqlar dövrü başladı.

Prezident Donald Tramp: Bu çox ciddi bir məsələdir.

Prezident İlham Əliyev: Əlbəttə, Siz möcüzəyə imza atdınız.

Prezident Donald Tramp: Ancaq mətbuat bunu heç vaxt eşitmək istəmir.

Prezident İlham Əliyev: Azərbaycan mətbuatı bunu işıqlandıracaq.

Prezident Donald Tramp: Siz böyük lidersiniz.

Prezident İlham Əliyev: Böyük lider mənim yanımda əyləşib.

Prezident Donald Tramp: Mənim Sizin üçün hədiyyəm var. İcazə verin, onu təqdim edim. Zənnimcə, bəyənəcəksiniz.

Prezident İlham Əliyev: Mənim 9 nəvəm var, icazə versəniz, hamısını götürərdim.

Prezident Donald Tramp: Sizin 9 nəvəniz var? Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız. Bu sikkələr hamının xoşuna gəlir. Dünyanın ən gözəl sikkəsidir. Bəlkə də dünyanın ən bahalı sikkəsidir. Heyət üzvləri yaxınlaşın və şəkilinizi də çəksinlər.

Sonda Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edən Prezident Donald Tramp dedi: Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm.

Tarix
2025.08.09 / 06:46
Müəllif
Axar.az
Digər xəbərlər

Qarakənd faciəsindən 34 il ötür

Ağdamın azad olunmasından 5 il ötür

Əliyevin Daşkəndə səfərindən eksklüziv görüntülər - Video

Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Foto

Səhv məlumata görə iki nəfəri öldürdüm - Qətlin təfərrüatı

Heydər Əliyevin tərcüməçisi buna görə qovulubmuş

Füzuli sakinləri Berdiməhəmmədova məktub ünvanladı

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş etdi

Leyla Əliyeva Beynəlxalq STEAM festivalında

Keniya prezidenti azərbaycanlı naziri qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla