“Bakı Bus”da özbaşınalıq: Sərnişinlər avtobusdan düşürüldü...
21 Noyabr 23:59
| Ana səhifə Planet |
|
Meksikanın Sinaloa ştatında "Beltran Leyva" cinayətkar qrupunun lideri "Çapo İsidro" ləqəbli Fausto İsidro saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı baş verən atışmada Meksika ordusunun 4 hərbçisi və 7 yaraqlı ölüb.
Bundan əlavə, İsidro ilə birlikdə 8 nəfər saxlanılıb.
Cinayətkarlar saxlanılan zaman müxtəlif növ silahlar, qumbara və külli miqdarda pul götürülüb.
|
Tarix
2026.11.21 / 23:47
|
Müəllif
Ləman Rüfət
|