Yuxarı

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Rusiyanın keçmiş baş naziri Yevgeni Primakov 1999-cu ildə NATO-nun Yuqoslaviyanı bombalamağa başlaması xəbərini təyyarədə alır. O, ABŞ-a səfərə gedirdi. Primakov Yuqoslaviyanın bombalanmasına etiraz olaraq təyyarəsini okeanın üstündən geri çevirərək Moskvaya qayıtmışdı.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O vurğulayıb ki, oxşar hadisə bu gün baş verə bilərdi:

“Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Misirin Şarm əş-Şeyx şəhərində keçirilməsi planlaşdırılan Yaxın Şərq Sülh Sammitində İsrailin Baş naziri Benyamin Netanyahunun iştirak edəcəyi xəbərini aldıqda tədbirin təşkilatçılarına təyyarəsini geri döndərəcəyi xəbərdarlığını edib. Bundan sonra Benyamin Netanyahunun tədbirdə iştirak etməyəcəyi bildirilib. Ərdoğan Netanyahunu cinayətkar və qatil adlandırıb, onun beynəlxalq məhkəməyə verilməsinin vacibliyini bildirib, belə olan halda onunla bir tədbirdə iştirak Türkiyə cümhurbaşqanı üçün qəbuledilməzdir. Ərdoğan öz demarşı ilə Avropa dövlətlərinin liderlərini də mürəkkəb vəziyyətdən çıxarıb. Çünki Avropa liderləri də Netanyahunu tədbirdə görmək istəməzdilər.

Sadəcə sual olunur: Vaşinqton tədbirdə əvvəlcə Netanyahunun iştirak etməyəcəyini açıqlamışdı, məhz bundan sonra iştirakçı ölkələrin sayı artmışdı, qəfil nə dəyişdi ki, İsrailin baş nazirinin Misirə gedəcəyi xəbəri yayıldı? Görünür, ABŞ Prezidenti Donald Tramp dostu Benyamin Netanyahunu son anda Misirə dəvət etmək istəməklə onun beynəlxalq aləmdə statusunu leqallaşdırmaq istəyib. Alınmadı. Əsas odur ki, Vaşinqtonun sülh planının ilk mərhələsi uğurla başa çatmaq üzrədir, atəşkəs rejiminə start verilib, humanitar yardımlar Qəzzaya çatdırılıb və əsirlər dəyişdirilib, ancaq bu azdır, növbədə münaqişə ocağının birdəfəlik yatırılması və bölgədə sülh quruculuğuna başlanılmasıdır”.

Tarix
2025.10.13 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla