Yuxarı

Ərdoğan Netanyahunun sammitdə iştirakını ləğv etdirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Netanyahunun sammitdə iştirakını ləğv etdirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin Şarm əş-Şeyx şəhərində baş tutacaq Sülh Sammitinə İsrail Baş naziri Benyamin Netanyahunun da qatılacağı ilə bağlı məlumat aldıqdan sonra geri qayıtmaq istəyib.

Axar.az xəbər verir ki, bunu Türkiyənin “Ölkə TV” telekanalının baş direktoru Həsən Öztürk deyib.

Onun sözlərinə görə, Netanyahunun da sammitdə iştirak edəcəyi ilə bağlı yayılan məlumatdan sonra Ərdoğanın təyyarəsi Şarm əş-Şeyx Beynəlxalq Hava Limanına enməkdən imtina edib. Qırmızı dəniz üzərində bir müddət dövrə vuran təyyarə Netanyahunun sammitə qatılmayacağı ilə bağlı məlumat gəldikdən sonra hava limanına eniş edib.

Prezident Ərdoğanın tərəfdaşlarına Netanyahunun qatılacağı sammitdə iştirak etməyəcəyini və Türkiyəyə dönəcəyini bildirməsindən sonra İsrail Baş nazirinin iştirakının ləğv edildiyi bildirilib.

Qeyd edək ki, bu gün ABŞ lideri Tramp İsraildə səfərdə olarkən Netanyahu və Misir Prezidenti Sisi arasında telefon danışığı baş tutmuş və İsrail baş nazirinin fikrini dəyişdiyi, dəvəti qəbul edərək, sammitə qatılacağı haqda məlumat yayılmışdı. Lakin qısa müddət sonra Netanyahunun yenidən fikrini dəyişdiyi və sammitdə iştirak etməyəcəyi elan edildi.

Tarix
2025.10.13 / 17:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla