Yuxarı

Şagird hücumlarının səbəbi: seriallar, oyunlar... - Ağar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şagird hücumlarının səbəbi: seriallar, oyunlar... - Ağar

Bu gün artıq problem təkcə məktəblərin qorunmaması deyil. Söhbət daha dərin bir prosesdən – zehinlərin, mənanın və həqiqət anlayışının aşınmasından gedir. Baş verənlər ani “dəli hərəkəti” deyil, uzun müddətdir yığılan mənasızlığın partlayışıdır.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar Şanlıurfa və Qəhrəmanmaraş məktəblərində baş verən son hadisələr və təhlükəsizlik məsələləri haqqında danışarkən deyib.

Ekspert bildirib ki, müasir dövrdə informasiya artsa da, məna istehsalı zəifləyib və bu da xüsusilə gənclər arasında ciddi boşluq yaradır:

“Sosial media, oyunlar, seriallar və bəzi televiziya proqramları artıq sadəcə əyləncə vasitəsi deyil, “yenidən proqramlaşdırma sahəsinə” çevrilib.

Zorakılıq niyə artır? Çünki ən tez diqqət çəkən odur. Cinsəllik niyə hər yerdədir? Çünki ən asan asılılıq yaradan budur. Bu sistem reaksiyanı mükafatlandırır, dəyəri yox. Nəticədə insan nə üçün yaşadığını bilmir, amma necə istehlak edəcəyini çox yaxşı bilir.

Cəmiyyətin əsas dayaqları olan məna, hədəf, ölçü və məsuliyyət anlayışları zəiflədikcə zorakılıq və xaos normaya çevrilir. Bu isə məktəblərdə baş verən faciələrin sosial-psixoloji zəminini formalaşdırır. İnsan etdiyi əməlin nəticəsini yaşamayacağını düşündüyü an hər şeyi edə bilər. Ən təhlükəlisi “bədəlsizlik” hissidir. Bu, zorakılığın və vəhşiliyin əsas qidalandığı nöqtədir”.

O qeyd edib ki, yalnız fiziki təhlükəsizlik tədbirləri ilə bu problemin qarşısını almaq mümkün deyil:

“Məktəblərdə mühafizənin gücləndirilməsi müəyyən çəkindirici rol oynasa da, bunun həlli problemin əsas səbəblərinə enməkdən keçir. Hər kəsin başına mühafizəçi qoymaq mümkün deyil. Əsas məsələ zehni və mənəvi boşluğun qarşısını almaqdır. Əgər bu istiqamətdə sistemli tədbirlər görülməsə, təhlükəsizlikdə yaranan hər boşluq yeni faciələrə yol aça bilər”.

Qeyd edək ki, aprelin 14-də Şanlıurfa, 15-də isə Qəhrəmanmaraş məktəbində silahlı hücum baş verib. Qəhrəmanmaraşda 8-ci sinif şagirdi 10 nəfəri öldürüb, daha sonra intihar edib. Şanlıurfada isə şagird 16 nəfəri yaraladıqdan sonra özünü öldürüb. Bundan əlavə, Zonquldağda məktəbə hücumla bağlı təhdid yayan lisey şagirdi saxlanılıb.

Hadisələrlə əlaqədar ümumilikdə 83 nəfər saxlanılıb, 940 sosial media hesabı isə bloklanıb.

Tarix
2026.04.17 / 12:01
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla