Yuxarı

Türkiyədə şagird 9 nəfəri və özünü öldürdü - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə şagird 9 nəfəri və özünü öldürdü - Video

15:08

Türkiyənin Qəhrəmanmaraş şəhərində orta məktəbdə atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Hadisə yerinə tibb və polis qrupları göndərilib.

Ölən və yaralananların olduğu bildirilir.

Qeyd edək ki, ötən gün Şanlıurfada yerləşən məktəblərdən birində şagirdin silahlı hücumu nəticəsində 16 nəfər yaralanmışdı.

***

Türkiyədə məktəbə silahlı hücum nəticəsində 4 nəfər ölüb.

NTV-nin xəbərinə görə, bu barədə Qəhrəmanmaraş valisi bildirib.

Onun sözlərinə görə, ölənlərdən biri müəllim, üçü şagirddir.

Silahlı hücumu 8-ci sinif şagirdinin törətdiyi qeyd olunub.

***

Türkiyənin Qəhrəmanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum edən şagird özünü öldürüb.

Bu barədə NTV məlumat yayıb.

Qeyd olunub ki, səkkizinci sinif şagirdi məktəbə 5 silah və 7 daraqla gəlib.

O, 4 nəfərin həyatına son qoyub, 20 nəfəri yaralayıb.

Hadisəni törədən şəxsin atası polis əməkdaşıdır.

***

Türkiyənin Qəhrəmanmaraş şəhərində məktəbdə 4 nəfərin həyatına qəsd edib özünü də öldürən şagirdin atası Uğur Mersinli saxlanılıb.

Bu barədə NTV məlumat yayıb.

***

Məktəbə hücumda ölənlərin sayı 9-a çatıb, onlardan biri müəllim, 8-i şagirddir.

Bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi məlumat verib.

Nazir qeyd edib ki, 13 nəfər yaralanıb, onlardan altısının vəziyyəti ağırdır.

***

Hücumu həyata keçirən şəxsin atası Uğur Mersinli birinci dərəcəli polis baş müfəttişidir. Onun müəllim işləyən xanımı da polis tərəfindən saxlanılıb.

Tarix
2026.04.15 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmər keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

Bu institut ləğv edilir - Qərar

Bakıda orqan alveri: tanınmış həkim həbs olundu

Prezidentdən qərar: Merin tabeliyində yeni idarə yaradılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla