Yuxarı

İrəvanın vaxtı daralır: Ötən Aprel yalan olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan Aprel hadisələrindən sonra revanş götürməklə ələ keçirdiyimiz mövqeləri geri qaytarmağa hazırlaşır. Ermənistanın son davranışları da məhz buna dəlalət edir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, işğalçı Ermənistan məqsədinə nail olmaq üçün hazırda bütün vasitələrlə silah rəqabətində Azərbaycanı üstələməyə çalışır:

"Ancaq əbəsdir, çünki buna bütün hallarda Ermənistanın nə imkanı, nə də gücü çatmır. Əsas məsələ İrəvanda şou üçün nəzərdə tutulan raket sistemlərinin gələcəkdə Qarabağda istifadə olunmasıdır. Əgər Ermənistan çox böyük cəsarət tələb edən bu prosesə girişərsə, onda bütün dünyaya cavab verməli olacaq. İndiyə qədər deyirdilər ki, guya biz qondarma Dağlıq Qarabağ qurumu ilə mübarizə aparırıq. İndi etiraf etməlidirlər ki, Azərbaycanla qondarma Dağlıq Qarabağla yox, Ermənistanla müharibə aparır. Bunun üçün Ermənistana həm vaxt, həm də cəsarət lazım olacaq. Bir sözlə, Ermənistanın son vaxtlar nümayiş etdirdiyi silahları Qarabağda istifadə etməyə cəsarəti çatmaz. Əks təqdirdə, əlimizdə olan bütün arsenalla onlara cavab vermək üçün çox mühüm bir səbəbimiz olacaq".

Politoloq işğalçı dövlətin Ağdamda keçirdiyi hərbi təlimləri təxribat adlandırıb:

"Hər iki hadisə üst-üstə düşür. İrəvan Aprel hadisələrindən sonra revanş götürməklə ələ keçirdiyimiz mövqeləri geri qaytarmağa hazırlaşır. Ermənistanın son davranışları da məhz buna dəlalət edir. İrəvan buna cəhd edərsə və növbəti təxribatlara əl atarsa, onların cavabı 10 qat artıq veriləcək və bütün mövqelərini itirəcəklər. İrəvanın, hələ ki, düşünməyə vaxtı var. Bu vaxt da onunla ölçülür ki, Minsk Qrupunun təklifləri növbəti danışıqlar prosesinə görə hazırlanır. Əgər Ermənistan ortaya konkret mövqe qoysa, onda hərbi ssenari reallaşmayacaq. Yox onlar öz siyasətlərindən əl çəkməsələr, onda bu Aprel daha kəskin formada təkrarlana bilər".

Qeyd edək ki, ötən gün Ermənistanın müstəqillik günü ilə bağlı keçirilən paradda İsgəndər raketləri təqdim edilib. Sözügedən raket komplekslərinin Rusiyaya, yoxsa Ermənistana məxsusluğu ilə bağlı suallar gündəmi zəbt edib.

Bundan başqa, Ermənistan Ağdam rayonunun Uzundərə adlanan ərazisində artilleriya qurğularından istifadə edərək hərbi təlimlərə başlayıb.

Tarix
2016.09.23 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla