Yuxarı

Rusiyadakı səsvermədə seçici fəallığı bəlli oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə ölkəmizin Rusiya Federasiyasındakı səfirliyində keçirilən ümumxalq səsverməsi – referendum yerli vaxtla saat 19:00-da başa çatıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, yüksək seçici fəallığı ilə baş tutmuş səsverməyə Rusiya ərazisində daimi yaşayan və ya müvəqqəti olan Azərbaycan vətəndaşları, o cümlədən Rusiyanın Ryazan vilayətindəki Federal Cəzaların İcrası Xidmətinin Hüquq və İdarəetmə Akademiyasında təhsil alan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin kursantları, Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin Mülki Müdafiə Akademiyasında müdavim olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin zabitləri qatılıblar. Həmçinin Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) üzvləri xüsusi fəallıq göstəriblər. Bununla yanaşı, referendumda ən yaşlı seçici -"İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının ağsaqqallar şurasının sədri, professor Mixail Aqarunov xanımı ilə və ilk dəfə seçkilərdə iştirak edən ən gənc seçici Leyla Bülbül səsvermə hüquqlarından istifadə ediblər.

Səfirlikdə yaradılmış 17 saylı Yasamal III seçki dairəsinin 48 nömrəli seçki məntəqəsində konsulluq uçotunda olan 1500 Azərbaycan vətəndaşından 1498 nəfəri səs verib. Bu da ümumi seçici hüququna malik vətəndaşlarımızın 99,86 faizini təşkil edir.

Referendumun gedişini izləyən MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər tərəfindən səsvermə zamanı heç bir nöqsana, qanun pozuntusuna rast gəlinmədiyi vurğulanıb, referendumun yüksək səviyyədə təşkil olunduğu qeyd edilib.

Tarix
2016.09.26 / 22:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla