Yuxarı

Alpər Coşqun Azərbaycandan gedir – XİN-də görüş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Türkiyənin Azərbaycandakı səfiri Alpər Coşqunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edən səfir Alpər Coşqun, diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə Azərbaycan hökumətinə, o cümlədən Xarici işlər Nazirliyinə təşəkkürünü bildirib.

Nazir E.Məmmədyarov Azərbaycanla Türkiyə arasında olan qardaşlıq və dostluq əlaqələrinin daha da dərinləşməsində oynadığı mühüm rola görə səfir A.Coşquna təşəkkür edib və iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın genişləndirilməsində A.Coşqunun fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb, ikitərəfli əməkdaşlığın regionda və onun hüdudlarından kənarda sülh və inkişafın təmin olunmasına xidmət etdiyi qeyd olunub. Üçtərəfli formatda əməkdaşlığın vacibliyi, xüsusilə də Azərbaycan-Gürcüstan- Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə və Azərbaycan-İran-Türkiyə mexanizmlərinin əhəmiyyəti qeyd olunub.

E.Məmmədyarov bir daha məlum dövlət çevrilişinə cəhdin qarşının alınmasında şəhid olanların doğmalarına və qardaş Türkiyə xalqına başsağlığı verib. O, Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunu vurğulayıb.

Nazir səfir A.Coşquna gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Tarix
2016.09.28 / 16:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla