Yuxarı

Bakını xilas edən paşa üçün 67 il sonra ilk dəfə…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa üçün 67 il sonra cənazə namazı qılınıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Odatv.com" saytı yayıb. Sayt cənazə namazının Nuru Paşanın məzar kompleksinin restavrasiya edildikdən sonra təşkil edilən açılış mərasimindən əvvəl qılındığını bildirib.

Məzar kompleksinin açılış mərasiminə Azərbaycan millət vəkili Qənirə Paşayeva, Ənvər Paşanın nəvəsi Arzu Ənvər Əroğan, türkiyəli tarixçi Atilla Oral, iş adamı Zəki Yılmaz qatılıb. Cənazə namazı qılındıqdan sonra Azərbaycandan gətirilən torpaq Nuru Paşanın qəbrinin üzərinə tökülüb.

Qeyd edək ki, Nuru Paşa 1949-cu ildə Kiligil silah fabrikinin müəmmalı şəkildə partlaması nəticəsində həyatını itirib. Onunla birlikdə 28 nəfər həlak olub. Partlayışdan sonra ölənlərin parçaları üç tabuta qoyularaq torpağa tapşırılıb. Maraqlı məqam ondadır ki, bundan 20 gün sonra Nuru Paşanın bədəninin bir hissəsi tapılıb. Onun basdırılması zamanı o dövrün İstanbul müftisi olan Ömər Nasuhi Bilməndən Paşa üçün cənazə namazı qılması istənilib, lakin müfti bunu qəbul etməyib və "bir cəsəd parçası üçün cənazə namazı qılınmaz" fitvasını verib. Bundan sonra Paşa cənazə namazı qılınmadan öz yaxınları tərəfindən torpağa tapşırılıb.

Tarix
2016.09.29 / 14:10
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla