Yuxarı

XİN rəhbəri: “Bu cəhd qəbuledilməzdir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Latviya Seyminin sədri xanım İnara Murniesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, İ.Murniese Azərbaycana səfəri çərçivəsində ölkəmizdəki inkişafa və Bakı şəhərinin gözəlliyinə heyranlığını ifadə edərək, nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Görüş zamanı Azərbaycan-Latviya, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Xanım İ.Murniese ölkəsinin Azərbaycanın Aİ ilə hərtərəfli əməkdaşlığını dəstəklədiyini bildirib.

Görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi və parlament diplomatiyasının əhəmiyyətinə də toxunulub. İ.Murniese Latviya parlamentində Latviya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərinin çox fəal olduğunu qeyd edib.

E.Məmmədyarov isə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aparılan son danışıqlar barədə ətraflı məlumat verərək, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsi cəhdinin qəbuledilməz olduğunu vurğulayıb.

İ.Murniese Latviyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəklədiyini bildirib.

E.Məmmədyarov Latviyanın münaqişə ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləməsinə görə təşəkkürünü ifadə edib. O, həmçinin Latviya parlamentinin 53 üzvünün iştirakı ilə Xocalı soyqırımına dair bəyanatın qəbul olunmasının yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə iqtisadiyyat, ticarət, enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

Tarix
2016.10.03 / 19:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla