Yuxarı

Qarabağ münaqişəsi niyə həll olunmur? - Prezident açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Prezident bildirib ki, Azərbaycan ikili standartlarla üzləşib və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir:

"BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ-dan səslənən son bəyanat təəccüb doğurur və ABŞ, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri "status-kvo qəbuledilməzdir" tezisinə ziddir.

Belə bir ciddi bəyanat ola-ola, "hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir" demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir.
Tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, vasitəçilik missiyası şübhə altına düşə bilər".

Tarix
2016.10.08 / 22:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla