Yuxarı

Hər dəfə Qarabağı azad etmək istəyəndə... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın öz torpaqlarını istənilən yolla azad etmək hüququnu bəyan etməsi hər dəfə beynəlxalq güclərin etirazı ilə qarşılanır.

Axar.az xəbər verir ki, bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzərt TV-yə açıqlamasında deyib.

Dövlət rəsmisi postneft dövrünün islahatları ilə bağlı da mühüm açıqlamalar verib.

Əli Həsənov bildirib ki, müstəqilliyə qovuşduğu andan Azərbaycanın milli inkişafı yolunda rastlaşdığı ən mühüm problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu problem bütövlükdə regionun iqtisadi, siyasi tərəfdaşlıq mühitinə, sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən başlıca amildir. Azərbaycan münaqişənin beynəlxalq hüquqi prinsiplər çərçivəsində həlli üçün fəal siyasət aparsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi buna mane olur.

Əli Həsənov deyib ki, Azərbaycan tərəfi dəfələrlə Dağlıq Qarabağda yaşayan ermənilərə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər hansı muxtariyyət statusu verilə biləcəyini bəyan edib.

Dövlət rəsmisi post-neft dövründə həyata keçirilən islahatlara toxunaraq bildirib ki, artıq həmin mərhələ başlayıb və ölkədə ciddi iqtisadi, siyasi islahat aparılır: "Bütün bunlar isə dayanaqlı iqtsaidi inkaşfın davamlılığını təmin edəcək".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2016.10.21 / 00:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla