Yuxarı

Minsk Qrupunun həmsədrləri bəyanat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıb.

Report xəbər verir ki, bəyanatda həmsədrlər atəşkəs barədə razılığa əməl edilməsinin cari danışıqlar üçün lazımi əsas verdiyini, Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə qəbul edilən qərarların tam həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

"Görüşlər zamanı tərəflər yerlərdə vəziyyətin nisbətən sakit oduğunu təsdiq edib" - vasitəçilər vurğulayıb.
Həmsədrlərin bəyanatında, həmçinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüş zamanı dövlət başçılarının da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin səlahiyyətlərinin genişləndirilməsini təsdiq etdikləri və bu məsələylə bağlı detalların hələ müzakirə olunduğu bildirilib.

"Həmsədrlər dekabrda Hamburqda keçiriləcək Xarici İşlər Nazirləri Şurası (XİNŞ) iclası çərçivəsində ilk fürsətdə prezidentlərin görüşünün təşkil edilməsinin mümkünlüyünü müzakirə etmək məqsədilə nazirlərlə görüşməyi planlaşdırır. Yüksək səviyyədə belə dialoq nizamlanma prosesində irəliləyişə nail olmaq üçün zəruridir", - bəyanatda vurğulanıb.

Regiona səfər çərçivəsində vasitəçilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə görüşüb. Görüş zamanı Komitənin münaqişənin gedişində itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi üzrə işi müzakirə edilib.

Tarix
2016.10.26 / 09:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla