Yuxarı

ABŞ-da Putinin qələbəsi, Klintonun məğlubiyyəti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə İspaniya nəşrlərindən biri Donald Trampın Putinə telefon açaraq onun prezident seçkilərini qazanmasından sonra Klintonun gələcək taleyi haqqında xəyali bir söhbət qurmuşdu. Gerçəkliyə yaxın görünməsə də, hər iki prezident birgə qələbəsini qeyd edərək rəqiblərini "tonqalda yandırmaq" istəyirdilər. Deyəsən, ispan münnəcimlərinin lətifə olaraq düzüb-qoşduqları hekayə doğru çıxır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini şərh edən millət vəkili Zahid Oruc yazıb. Millət vəkili bildirib ki, 1 il 6 ay davam edən seçki kampaniyasında baş verən bütün fatal hadisələrə baxmayaraq, Tramp ona qarşı işləyən dövlət maşınını məğlub etdi:

"Lakin onun rəqiblərinin Hitler adlandırdıqları Putinin marionet təmsilçisi kimi Amerika seçkilərinə qatılan Trampı aşağılamaq istəmələri nəticə vermədi. Deməli, dünyada Trampa rəsmi Ağ Evin və Klinton komandasının təbliğatı özünə böyük tərəfdarlar qazanmadı. Nəticədə Rusiyada və dünyanın onlarla ölkəsində rəy sorğularında öndə olan şəxs qalib gəldi. Bunu Putinin qələbəsi adlandırmağın əleyhinə olanlar yenə də ABŞ sisteminin insan faktorundan asılı olmadığı arqumentini irəli sürəcəklər. Lakin reallıq bununla dəyişməyəcək - Putinə nifrət Amerikada qalib gəlmədi.

Hər iki Obama bütün dövlət resurslarını rəqiblərinin əleyhinə çevirəsələr də, hətta az qala Federal Kəşfiyyat Bürosunun rəhbəri Kameyi Rusiyanın xeyrinə casusluqda günahlandırsalar da, Putinin Ağ Ev üzərindəki kölgəsini yox edə bilmədilər. Kiber hücumlar Moskvanın qələbəsinə səbəb oldu.

İndi Yaxın Şərqdən Qafqaza, Afrikadan Asiyaya qədər böyük bir məkanda baş verən fəlakətlərin durdurulması mümkün olacaqmı - bunu yaxın gələcək göstərcək. Lakin Amerikada siyasi zəlzələlər törədiləndə dünyada nizamın pozulmadığı dəfələrlə üzə çıxıb".

Trampın Reyqanın, Buşun, yoxsa Kennedinin taleyini təkrarlayacağına gəlincə isə Zahid Oruc bildirib ki, Amerika xalqının hüzur və əmin-amanlığını istəyən hər kəs yeni prezidentdən təmsil etdiyi dövlətin ədaləti və sülhü simvolizə etməsini arzulayır:

"Seçkilərdə bütün namizədlərə nifrətini və hiddətini ifadə edən milyonlarla insanının üzərinə dünyadakı antiamerikanistləri də gəlsək, Trampın qlobal missiyasını anlamaq o qədər də çətin olmayacaq. Amerika təkcə amerikalıların deyil, Tramp yalnız bir ölkəni təmsil etmir. Ona görə də seçki qələbəsini idarəçilikdə doğrultmaq hələ zaman tələb edir. İnaqurasiyada and içəndən sonra yeni prezidentin çiyinlərinə düşən yük onu dünyanın gözü qarşısında büsbütün dəyişəcək. Bax onda, seçki çıxışlarını çoxları xatırlamayacaq! Trampın 6 milyard kapitala malik olması məşhur aforizmin əbədiyaşar gücünü göstərir-qızıl kimdədirsə, qızıl qanun da ondadır".

Tarix
2016.11.09 / 13:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla