Yuxarı

Tramp Putinin dəvətini qəbul edəcəkmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şübhə etmirəm ki, Putin Trampın andiçmə mərasimidən sonra Ağ Evin yeni sahibini Moskvaya səfərə dəvət edəcək.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi bildirib ki, Putin bununla da Trampı dilemma qarşısında qoyacaq:

"Trampın Moskvaya səfərə razılaşması Krımın işğalının unudulması və beləcə Ukraynaya verilən dəstəyin azaldılması kimi başa düşüləcək, səfərdən imtina isə Ağ Evin yeni sahibinin vədinə xilaf çıxması anlamına gələcək. Trampın Ukraynanı arxa plana atıb, Moskva ilə dostlaşmaq istəyi Avropa Birliyinin bir çox ölkəsinin də işinə yarayır. Onlar da Krıma və Ukraynaya görə Rusiya ilə əbədi düşmən qalmaq istəmir, sanksiyaların ortadan qaldırılmasını istəyirlər. Məsələn, bu sırada İtaliya, Yunanıstan və Macarıstan kimi ölkələrin adlarını çəkmək mümkündür. Elə Fransanın da siyasi elitası Rusiya ilə dostluq əlaqələrini bərpa etmək istəyir, prezidentliyə əsas namizədlərdən biri Nikola Sarkozi də Krımın işğalını unutmağa hazırdır. Beləliklə, Ukrayna üçün ağır günlər başlayır. Tramp iş adamı kimi havaya pul sovuranlardan deyil. Ona görə də çətin ki, Kiyev ABŞ-dan böyük miqdarda kredit ala bilsin. Hələ üstəlik Tramp Putinlə də dostlaşsa, Kiyev üçün Donbas problemini həll etmək çətin olacaq".

Tarix
2016.11.10 / 08:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla