Yuxarı

Krımda əsir saxlanılan 4 yerlimizin adı bəlli oldu – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Krımda əsir saxlanılan 4 yerlimizin adı bəlli oldu – Özəl

Krımda rusların əsir saxladığı dörd azərbaycanlının adı bəlli olub.

Bu barədə "Axar.az"a etibarlı mənbələrdən məlumat daxil olub.

Mənbə həbsdə saxlanılan həmvətənlərimizin yaxın müddətdə Sibir həbsxanalarına göndərilməsinin nəzərdə tutulduğunu qeyd edib. Onların soyadlarının İ.Kadırov, İ.Ağacanov, T.Abdullayev, R.Qasımov olduğu bildirilib. 4 azərbaycanlı əsir haqqında başqa informasiya əldə etmək mümkün olmayıb.

Eləcə də Krımda həbsdə olan 3000 məhbusun geri qaytarılması üçün hazırda Kiyev rəhbərliyinin danışıqlar apardığı, lakin hələlik məhbuslar haqqında Ukrayna rəsmilərinin hər hansı məlumat verməkdən çəkindikləri deyilib.

Qeyd edək ki, bir müddət öncə Ukraynanın Krımdakı 3000 məhbusu Kiyevin cəzaçəkmə müəssisələrinə köçürmək istəməsi haqqında informasiya yayılmışdı. Xəbərdə bəzi məhbusların Sibirə göndərilmə ehtimalının olduğu qeyd edilmişdi.

Tarix
2014.04.02 / 16:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla