Yuxarı

İslam dünyasının birliyə ehtiyacı var - Keçmiş səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda “İslam Həmrəyliyi İli” nin elan olunması təqdirəlayiqdir. Hazırda İslam dünyasının dostluğa və birliyə daha çox ehtiyacı var.

Bu sözləri Azərtac-a müsahibəsində İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.

M.Pakayin bildirib ki, bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da müsəlmanların birliyinə töhfə olacaq. Bu Oyunların əsas hədəfi təkcə İslam ölkələrinin idmançılarını deyil, ictimaiyyətlərini də bir araya gətirməkdir. Oyunlar İslam ölkələrinin dostluğunun və qardaşlığının simvoluna çevriləcək. “Bu yarışlar vaxtilə İranda da keçirilib və iranlı idmançılar 40-ı qızıl olmaqla 89 medal qazanıblar. Ümid edirəm ki, Bakıda keçiriləcək yarışda İran idmançıları yenə uğur əldə edəcəklər və İran ilə Azərbaycanın əlaqələrinin daha da inkişafına töhfələrini verəcəklər”, - deyə o qeyd edib.

Keçmiş səfir nəzərə çatdırıb ki, Azərbaycan inkişaf edən ölkədir. Ötən il Bakıda Avropa Oyunları yüksək səviyyədə təşkil olunmuşdu. Bakıda möhtəşəm idman obyektləri tikilib istifadəyə verilib. Azərbaycanın mötəbər idman tədbirlərinə ev sahibliyi etməsi üçün böyük təcrübəsi var. Bu, onu deməyə əsas verir ki, İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçiriləcək.

Tarix
2017.01.17 / 20:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla