Yuxarı

İran parlamentini silkələyən Azərbaycan çıxışı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Azərbaycan türkcəsində fəaliyyət göstərən telekanal açılmalıdır.

Axar.az İran parlamentinin rəsmi saytı “Xaneyemellət”ə istinadən xəbər verir ki, bu sözləri Cənubi Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki azərbaycanlı millət vəkili Hadi Bahaduri fevralın 15-də çıxışı zamanı deyib.

“İran hakimiyyətindən Güney Azərbaycanın iqtisadi problemlərini və Urmiyə gölü böhranının həlli yolunu istəyirik. Pəhləvi hakimiyyəti uzun illər Azərbaycanın tarixini dəyişdirmək və burdakı etnik kimliyi yox etmək niyyətində olub. Rzaxan Pəhləvi bizim milli geyimlərimizə daim irad bildirib. Bu gün qarşınıza Azərbaycanın milli geyimində çıxaraq bildirmək istəmişəm ki, İslam Respublikası irqçiliyə son qoyaraq, etnik hüquqları qəbul edir. Biz bundan sonra Azərbaycan xalqı olaraq, bizi təhqir edənlərin ən sərt şəkildə cəzalandırılmasını tələb edirik.

Konstitusiyanın 15 və 19-cu maddələrinə əsasən, hüquqlarımızın bərpa və ana dilimizin yenidən təsis edilməsini İran prezidentindən gözləyirik”, - Bahaduri bildirib.

Urmiyəli millət vəkili çıxışını Səməd Vurğunun “Azərbaycan” şeiri ilə yekunlaşdırıb.

Çıxışın video görüntüsünü təqdim edirik:

Tarix
2017.02.16 / 11:46
Müəllif
Rəvan Nasiroğlu
Oxunub
33 838
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla