Yuxarı

İran səfiri: "Bu zülm yerdə qalmaz"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanların doğma torpaqlarından didərgin düşmələri, uşaqların atalarını, analarını itirmələri, yaşadıqları şəraitdən məhrum olmaları, başqa yerlərə pənah aparmaları mənə keçmiş günləri xatırlatdı. Biz də İranda belə bir vəziyyətlə qarşılaşmışdıq. Bu zülm yerdə qalmaz.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Cq ocuq Mərcanlıya səfəri ilə bağlı təəssüratlarını bölüşən İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Səfir bildirib ki, Azərbaycan dövləti bu kəndin bərpası, insanların öz evlərinə qayıtmaları ilə bağlı qərar verib. Bu, çox gözəl addımdır. Cocuq Mərcanlıda kənd sakininin evində olduq, onun sahibi olduğu kənd təsərrüfatı ilə bağlı məlumat əldə etdik.

Cavad Cahangirzadə deyib ki, ölkələr müharibələrdən heç bir mənfəət əldə etməyəcəklər. Münaqişə hər bir ölkəyə zərər verir. Bunu xalqlar da istəmir.

“Cocuq Mərcanlıya səfərin təşkil olunması yaxşı təşəbbüs idi. Diplomatların kəndə səfəri, Azərbaycan dövləti tərəfindən orada görülməsi planlaşdırılan işlərlə tanış olmaları müsbət addım idi. Belə bir səfərin təşkilinə görə minnətdarlığımı bildirirəm”, - deyə səfir vurğulayıb.

Tarix
2017.02.19 / 12:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla