Yuxarı

Ermənistan cəbhədə ona görə təxribat törədir ki... - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Ermənistanda vəziyyət ağırdır. Ermənistan hakimiyyəti daxildəki qarşıdurmanı ört-basdır etmək üçün cəbhə xəttində təxribat törədir.

Bunu hərbi ekspert Üzeyir Cəfərov cəbhədə ermənilərin törətdiyi son təxribatı APA-ya şərh edərkən deyib.

O bildirib ki, Ermənistanda vəziyyət düşündüyümüzdən də gərgindir: " Hətta Serj Sarkisyanın ən yaxın silahdaşı olan Seyran Ohanyan da bəyanat verərək, təkcə xalqın yox, özünün də Sarkisyan idarəçiliyindən narazı olduğunu dedi. Məlumdur ki, Serj Sarkisyan və Seyran Ohanyan Qarabağ klanının üzvləridir, onlar hakimiyyətə məhz Qarabağı işğal etdikləri üçün gəliblər. Əgər Ermənistanda aprel ayında keçiriləcək parlament seçkiləri ərəfəsində bir-birlərinə güzəştə getmirlərsə, deməli, hakimiyyətdə olmayacaqları təqdirdə, erməni xalqının onlardan baş verənlərin hesabını soruşacağını bilirlər. Ona görə də daxildəki qarşıdurmalardan diqqəti yayındırmaq üçün cəbhədə vəziyyəti gərginləşdirməyə cəhd edirlər".

Ü. Cəfərov bildirib ki, ermənilər son zamanlar artilleriya mərmilərindən də istifadə edir: "Düşmən ön xətdə xeyli sayda ağır texnika cəmləşdirib və əsas məqsəd vəziyyəti gərginləşdirib, diqqəti daxili qarşıdurmalardan, həmçinin qondarma rejimdə keçirilmiş referendumdan yayındırmaqdır".

Tarix
2017.02.25 / 19:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla