Yuxarı

Qafqaz yer üzündən silinəcək - Gürcü professor

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı faciəsi Gürcüstan üçün olduqca əhəmiyyətlidir. Biz münaqişələrin həllini müzakirə edərkən görürük ki, tolerantlıq pozulub. Biz bir-birimizə əlimizi uzatmalıyıq. Biz sülh istəyirik, lakin Qafqaz barıt çəlləyidir.

APA-nın məlumatına görə, bunu İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Qafqazşünaslıq İnstitutunun direktoru, xanım professor Tsira Baramidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan da münaqişələrin həllinə çalışır: "Biz artıq problemlərin başlanğıcı və həllinin bizi hara apardığını dərk etməliyik. Biz sülh platforması yarada bilərikmi? Yoxsa, gələcək nəsilləri də bu qanlı hadisələrə cəlb etməliyik?" - deyə professor bildirib.

T. Baramidze müharibənin heç kimə, heç bir ölkəyə və xalqa sülh və əmin-amanlıq gətirmədiyini deyib: "Münaqişələr yalnız sülh yolu ilə həll olunmalıdır. Biz elə etməliyik ki, Cənubi Qafqazda münaqişələr səngisin. İndi vətəndaş cəmiyyətinin fəallığı vacibdir. Bu, gün kimi aydındır ki, üçüncü tərəf bunu istəmir. Cənubi Qafqazda yaşayan millətlər öz müqəddəratını sivil yolla həll etməlidirlər. Müharibə davam edərsə, Qafqaz yer üzündən silinəcək. Bunun üçün Azərbaycan və Gürcüstanın işğal olunan torpaqları geri qaytarılmalıdır".

Tarix
2017.02.25 / 19:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla