Yuxarı

Mançesterin mərkəzində xüsusi əməliyyat keçirilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya polisi “Manchester Arena” stadionunda baş verən partlayışın təhqiqatı ilə əlaqədar Mançester şəhərinin mərkəzində axtarışlar aparır.

Axar.az xəbər verir ki, bu barədə məlumat şəhərin polis idarəsinin rəsmi “Twitter” səhifəsində yerləşdirilib. Məlumatda, həmçinin təhlükəsizliyin təmin olunması üçün əməliyyatın keçirildiyi rayonda dəmir yol xətlərinin də müvəqqəti bağlandığı deyilir.

Xatırladaq ki, mayın 22-də “Manchester Arena” stadionunda amerikalı müğənni Ariana Grandenin çıxışından sonra partlayış baş verib. Partlayıcı qurğu konsert zalının xaricində - foyedə işə düşüb. Son məlumata əsasən, hadisə nəticəsində 22 nəfər həlak olub, 120 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan 59-u hələ də xəstəxanalarda müalicə alır. Bundan başqa, bir neçə yeniyetmə itkin düşmüş sayılır. Həkimlər 20 nəfərin vəziyyətinin ağır olduğunu qeyd edir.

Bu gün günorta saatlarında Mançester polisi terror aktının bir qrup şəxs tərəfindən təşkil olunduğuna dair bəyanat yayıb. Bir qədər əvvəl isə hücumun terrorçu-kamikadze tərəfindən təkbaşına həyata keçirildiyi bildirilirdi.

Hadisənin məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

Tarix
2017.05.24 / 19:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla