Yuxarı

Ermənistan vəziyyəti daha da gərginləşdirir – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər aparıcı dövlətlər erməni təxribatlarının qarşısını almasa, Ermənistan üçün ağır vəziyyət yarana bilər.

Bu sözləri Axar.az-a açıqlamasında son zamanlar Ermənistanın cəbhə xəttində atəşkəsi intensiv pozması və dinc sakinləri hədəfə alması ilə bağlı danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

Millət vəkilinin sözlərinə görə, nə qədər ki, Ermənistan konstruktiv mövqeyə gəlməyib, bu cür təxribatlar davam edəcək:

“Ermənilər təxribatları davam etdirir, çünki onlara yetərincə cavab verilmir. Yəni aparıcı dövlətlər Ermənistanın işğalçı siyasətinə son qoymağı bacarmalıdır, əks təqdirdə Ermənistan üçün çox ağır vəziyyət yarana bilər. Dağlıq Qarabağ bölgəsindən kənarda olan Tovuz və Qazax bölgəsinə qarşı son təxribatlar, azyaşlının yaralanması onu göstərir ki, Ermənistan Azərbaycan Ordusunun qarşısında heç nə edə bilməyəcəyini başa düşür. Buna görə də İrəvan Azərbaycanı təxribata sürükləmək istəyir. Ermənistan məqsədi digər dövlətlərin silahlı qüvvələrini cəlb etməkdir. Əsas məsələ də elə məhz bundan ibarətdir. Ermənistan bununla vəziyyəti daha da gərginləşdirir. Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır və buna son qoyulmalıdır.

Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyə tam hazırdır, ancaq istədiyimiz sülh yoludur. Əgər Dağlıq Qarabağ münaqişəsinin həllinə sülh yolu ilə nail ola bilməsək, Azərbaycan problemi hərbi yolla həll edəcək”.

Tarix
2017.08.09 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla