Yuxarı

Qarabağın həlli üçün fürsət yaranıb – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Baş Məclisində bir çox ölkələrin prezidentlərinin çıxışı, o cümlədən, Prezident İlham Əliyevin bugünkü çıxışı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına güclü töhfə verəcək.

Bu sözləri Axar.az-a BMT-də Dağlıq Qarabağ məsələsinin əsas müzakirə mövzularından biri olmasına münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, BMT Baş Assambleyasında çox ciddi məsələlər müzakirə olunur:

“Bunların içərisində ölkələrin suverenliyinin və ərazi bütövlüyünün qorunması məsələləri öncəlik təşkil edir. Azərbaycan Respublikasının Prezidenti də BMT-də çıxışı zamanı Dağlıq Qarabağ məsələsini xüsusi vurğulayacaq. Çünki Azərbaycan BMT-nin tribunasından istifadə edərək, Qarabağ probleminin həllinə daha çox ölkənin cəlb olunmasına çalışır. BMT-nin hazırda 193 üzvü var və burada Azərbaycanın dostları da artıq kifayət qədər çoxdur. Sırf buna görədir ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilmişdi. Azərbaycan artıq BMT-yə daxil olan ölkələr üçün ciddi, regionun strateji cəhətdən ən güclü və inkişaf etmiş ölkələrindən biridir”.

Politoloq qeyd edib ki, BMT Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycana ən çox dəstək verən qurumlardan biridir:

“Fikrimcə, Azərbaycan Prezidentinin budəfəki çıxışında Dağlıq Qarabağ məsələsinin həlli üçün daha konkret, ciddi məsələlər gündəmə gətiriləcək və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına kömək etmələri üçün üzv ölkələrə çağırışlar ediləcək”.

Qeyd edək ki, sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə səfərə gediblər. Prezident İlham Əliyev BMT Baş Assambleyasında bu gün çıxış edəcək.

Tarix
2017.09.20 / 14:47
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla