Yuxarı

Sərkisyan Əliyevlə görüşdən danışdı: elə sözlər dedi ki…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Serj Sərkisyan dünən Ermənistanın İsveçrədəki səfirliyində yerli erməni icmasının nümayəndələri ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Görüş zamanı Sərkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə icma üzvlərinə məlumat verib:

“Bir neçə dəqiqə əvvəl Azərbaycan prezidenti ilə görüşümüz başa çatdı. Hansısa konkret razılaşma yoxdur. Biz razılaşmışıq ki, ön xətdə qurbanlardan qaçmaq üçün gərginliyin böyük ölçüdə azaldılması üçün tədbirlər görək. Azərbaycan prezidenti və mən bu işdə çox maraqlıyıq”.

Buna baxmayaraq, Qarabağda sakitlik istədiyini söyləyən Sərkisyan yenə də separatist fikirlərindən əl çəkməyib. Sərkisyanın çıxışından anlaşılan əsas məsələ onun heç vaxt Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətində olmamasıdır. Sərkisyan icma qarşısındakı çıxışında açıq-aşkar Qarabağı müstəqil görmək istəməsini deməsi ilə həm də Cenevrədə, özünün dediyi kimi, “əldə olunmuş” razılaşmanı ayaq altına altmış oldu.

“O da (İlham Əliyev – red.) mənim kimi problemin çətinliyini anlayır, lakin problem elədir ki, onu asan həlli olmayacaq. Bir məsələdə istərdim ki, əmin olasınız. Bizim üçün Qarabağın təhlükəsizliyinə zərər vuracaq hər hansı qərar mövcud deyil. Bizim üçün yeganə həll variantı Dağlıq Qarabağın Azərbaycandan kənarda olmasıdır. Heç vaxt heç bir erməni lider başqa cür qərar qəbul edə bilməz. Biz bunun üçün hər şeyi edəcəyik, paralel olaraq Ermənistanı iqtisadi cəhətdən də inkişaf etdirəcəyik”, - Sərkisyan bildirib.

Sərkisyan bu çıxışla faktiki olaraq danışıqların hər hansı pozitiv nəticə verəcəyi barədə ehtimalları indidən şübhə altına almış oldu. Çünki beynəlxalq prinsiplərə uyğun olaraq, Azərbaycan konfliktin birmənalı olaraq ölkənin ərazi bütövlüyü çərçivəsində həllini tələb edir və bunun üçün lazım gələrsə, bütün vasitələrdən istifadə haqqını özündə saxlayır. Ermənistan liderinin Dağlıq Qarabağı “Azərbaycandan kənarda”, “müstəqil” görmək istəyində israrı isə sülh danışıqlarının perspektivini sual altına qoyur.

Belə olduqda isə işğalçının işğal etdiyi ərazilərə göndərdiyi əsgərlərinin “təhlükəsizliyini təmin etmək” arzusu elə arzu olaraq da qalacaq.

Tarix
2017.10.17 / 10:11
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla