Yuxarı

AŞPA-da Bakıya qarşı olan deputatımız… - Çavuşoğlu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları Deniz Baykal, İlhan Kesici və Ayşe Gülsün Bilgehanın AŞPA-da Azərbaycana qarşı sənədi dəstəkləmələrini kəskin şəkildə pisləyirik.

Bunu Report-a Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, həmin millət vəkillərindən biri səhv etdiyini boynuna alıb, yəni Azərbaycanın əleyhinə olan sənədə bilmədən səs verdiyini yazılı olaraq müvafiq qurumlara bildirib: "AŞPA-da bu cür hadisələr əvvəllər də olub. Bu qurumda müəyyən siyasi qruplar var və onların təzyiqi ilə belə addımlar atılmışdı. Ancaq bunlar milli məsələlərdir. Türkiyənin məsələsində olduğu kimi, Azərbaycanın məsələsinə də eyni həsasslığı göstərməyimiz vacibdir. Ona görə də bu məsələyə siyasi mövqe və ideologiyadan doğan bir mövqe kimi baxa bilmərik. "Mənim AŞPA-dakı təmsilçilərim belə istəyir, mən də elə səs verəcəyəm" düşüncəsi ilə hərəkət etmək doğru deyil. Əgər iki qardaş ölkə arasında hansısa bir problem varsa, bunu öz aramızda danışıb həll etməliyik. Hər halda kənarda Azərbaycan düşmənləri ilə bir yerdə hərəkət edə bilmərik. Bu, çox səhv addımdır, bunu qəbul edə bilmərik və kəskin şəkildə qınayırıq. Biz Azərbaycana qarşı olan hər kəsi qınayırıq. Bu, belə olub və bundan sonra da belə olacaq".

Tarix
2017.10.19 / 15:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla