Yuxarı

Bu, Azərbaycanın vacib rolunu göstərir - Asif Nur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirakı Azərbaycanın Türkiyə və Pakistanla yanaşı İslam aləmində vacib oyunçulardan biri kimi əhəmiyyətli rolunu göstərir.

Bunu Trend-ə Sülh və Demokratiya İnstitutunun direktoru, tanınmış pakistanlı politoloq Məhəmməd Asif Nur deyib.

Asif Nur qeyd edib ki, Azərbaycan strateji cəhətdən vacib region olan Cənubi Qafqazda mühüm rol oynayır:

"Azərbaycanla Türkiyə arasında diplomatik, siyasi və iqtisadi əlaqələr ən yüksək səviyyədədir və Azərbaycanın bu zirvə toplantısında iştirakı dünyaya Türkiyənin milli, regional və beynəlxalq məsələlərdə Azərbaycana böyük əhəmiyyət verdiyini aydın şəkildə göstərir".

Pakistanlı politoloq əlavə edib ki, Azərbaycanın iştirakı ilə həyata keçirilən genişmiqyaslı enerji layihələri ölkənin iqtisadi sahədə də mühüm rol oynadığını göstərir.

Qeyd edək ki, bu gün İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

Tarix
2017.10.20 / 22:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla