Yuxarı

Deputatdan Uorlikin Qarabağ bəyanatına - Reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı beynəlxalq hüquq normalarının prinsipləri kobud şəkildə pozulub.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat vurğulayıb ki, bundan sonra danışıqlar prosesində Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi ön planda olmalıdır:

“ABŞ Senatının “Rassel” binasında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda keçirilən brifinqdə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri olmuş səfir Ceyms Uorlikin Azərbaycanla bağlı dediyi fikirlər müsbət haldır. O bildirib ki, ölkəmizin suverenliyinə hörmət edilmədən münaqişənin tənzimlənməsi mümkün deyil. Bu gün problemlərin həlli ilə bağlı beynəlxalq hüquq normalarının prinsipləri kobud şəkildə pozulub. Yalnız BMT-nin dörd qətnaməsi icra olunduqdan sonra bölgədə sülh mümkün olacaq. Bu isə işğal edilmiş ərazilərin azad edilməsindən keçir”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik, Rusiya və ABŞ-ın Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq olduğunu bildirib.

Tarix
2017.10.21 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla