Yuxarı

Ali Baş Komandan tapşırıqlar verib - General

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər cəbhədə növbəti dəfə təxribatlar törətməyə cəhd etsələr, bu, heç bir nəticə verməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov deyib.

“Ümumiyyətlə, cəbhə xəttində yaranmış vəziyyət gərginləşəndə bütün qoşun növlərində sayıqlığın gücləndirməsi üçün qərar qəbul edilir. Bu qərar ermənilərə qarşı daha çevik manevr imkanlarına hazırlıq məqsədi daşıyır. Görünür, Ermənistan Dağlıq Qarabağ məsələsini tənzimlənməsi üzrə danışıqlar prosesində sülhdən boyun qaçırdığına görə, Ali Baş Komandan müvafiq tapşırıqlar verib. Çünki ermənilər hər an təxribatlar törədə bilər. Onlar ancaq təxribatlarla məşğul olsalar da, indiyə qədər heç bir nəticəyə nail ola biməyiblər”, - general bildirib.

Qeyd edək ki, bu gün Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.General-polkovnik Z.Həsənov hərbi hissələrin, xüsusilə ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, xidməti döyüş fəaliyyəti, qoşunların döyüş qabiliyyətinin artırılması, eləcə də düşmənin təxribatlarının qarşısının dərhal alınması ilə əlaqədar bütün kateqoriyalardan olan komandir və rəis heyətinə müvafiq tapşırıqlar verib.

Tarix
2017.10.22 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla