Yuxarı

Allahşükür Paşazadə Ekmələddin İhsanoğlunu qəbul edib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Axar.az"ın xəbərinə görə, QMİ-də keçirilən görüşdə əməkdaşlıq əlaqələri, dini məsələlər barədə fikir mübadiləsi aparılıb.

A.Paşazadə Azərbaycan ilə İƏT arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə etmiş, bu əlaqələrin perspektivlərindən söhbət açıb. O, Ekmələddin İhsanoğlunun Azərbaycana səmimi münasibətindən razılığını ifadə edib, İƏT-in daim Azərbaycana dəstək verdiyini diqqətə çatdırıb.

Bakıda olmasından məmnunluğunu bildirən Ekmələddin İhsanoğlu Azərbaycan ilə İƏT arasında əlaqələrin inkişafının əhəmiyyətindən danışıb, əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminliyini bildirib. E.İhsanoğlu bundan sonra da Azərbaycana dəstək verməyə hazır olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun iştirak edib.

Tarix
2013.11.25 / 16:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla