Yuxarı

Prezident Azərbaycana qarşı planın məhvinə işarə verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan heç vaxt bugünkü status-kvo ilə razılaşmayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, Azərbaycan real danışıqlara hər zaman hazırdır:

“Dövlət başçısı əslində bir neçə gün öncə həqiqətləri açıqladı ki, Dağlıq Qarabağ və ətraf rayonların işğal siyasətinin bu şəkildə davam etdirilməsi yolverilməzdir. Bu, beynəlxalq ictimaiyyətə mesaj idi ki, Ermənistan və onun arxasında dayanan qüvvələr Azərbaycana qarşı ərazi iddiaları planını həyata keçirmək istəyirlər. Bunu yaxşı bilən prezident YAP-ın qurultayındakı çıxışı ilə Azərbaycana qarşı sözügedən planın məhvinə işarə verdi. Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək və heç vaxt bugünkü status-kvo ilə razılaşmayacaq”.

Deputat bildirib ki, seçkilərdən sonra danışıqlar prosesi davam etdiriləcək:

“Çünki Azərbaycana böyük strateji layihələrini həyata keçirməsi üçün bölgədə təcili sülh və sabitlik lazımdır. Azərbaycanın heç kimə ərazi iddiaları yoxdur və heç vaxt da torpaqlarının işğalı ilə barışmayacaq”.

Tarix
2018.02.13 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla