Yuxarı

Xocalı həqiqətləri "Habertürk" kanalında - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin daha bir nüfuzlu televiziya kanalı – “Habertürk” Xocalı soyqırımı ilə bağlı reportaj yayımlayıb.

Axar.az xəbər verir ki, reportajda Xocalı soyqırımı haqqında ətraflı məlumat verilir. Bildirilir ki, 1992-ci il fevralın 26-da ermənilər Xocalı şəhərində 613 dinc azərbaycanlını qətlə yetiriblər.

Reportajda Xocalı soyqırımının şahidlərinin fikirlərinə geniş yer verilib.

Xocalı sakini Məmməd Nağıyev deyir: "Fevralın 27-də ermənilər tərəfindən əsir götürülmüşəm. Ermənilər bizi Azərbaycan dilində yanlarına çağırdılar, yalandan dedilər ki, biz Ağdam rayonundanıq. Onlara yaxınlaşanda bizi atəşə tutdular, əsir götürüldük. Kimin üzərində nə qədər dəyərli əşya var idisə hamısını götürdülər. Üç gün əsirlikdə qaldıq”.

Atasını və digər yaxınlarını Xocalı soyqırımı zamanı itirən Cavid Əliyev bildirir: "Bizi hər tərəfdən atəşə tutdular. Atamın cənazəsini 23 gün sonra gətirib dəfn edə bildik. Yaxınlarımızın çoxunun nəşi isə orada qaldı”.

Xocalı sakinlərinin bir gün döğma yurdlarına qayıtmaq ümidi ilə yaşadıqları vurğulanan reportajda Milli Məclisin deputatı Elman Məmmədovun fikirlərinə də yer verilir: "Mən Xocalıda anadan olmuşam. Valideynlərim də, babalarım da Xocalıda doğulublar. Arzum budur ki, Xocalıya qayıdım, ömrümün axırına qədər orada yaşayım. Qardaş Türkiyədən gözləyirik ki, Türkiyə Böyük Millət Məclisi Xocalı soyqırımını rəsmi şəkildə tanısın".

Tarix
2018.02.25 / 22:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla